• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 15 oktyabr 2003: Müstəqil Azərbaycanda inkişafın yeni dövrü

    15 oktyabr 2003: Müstəqil Azərbaycanda inkişafın yeni dövrü


    Azərbaycan Prezident cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 19 il vaxt ayırır.

    İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bu taleyüklü seçkilər ərəfəsində xalq Ümummilli Liderin siyasi kursunun layiqli davamçısını özünün şəriksiz lideri kimi görürdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, Rusiya paytaxtında fəaliyyət göstərən böyük bir şirkətin baş direktoru kimi iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan 

    Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi.

    Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idilər. Məhz gələcək dövlət başçısının prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçildi.

    Azərbaycan seçiciləri yaxşı bilirdilər ki, İlham Əliyev həm ARDNŞ-in birinci vitse-prezidenti, həm Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən), həm də Azərbaycan Respublikasının Baş naziri vəzifələrində (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanıb. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq gələcək Prezidentin özünəməxsus liderlik keyfiyyətlərini də ortaya qoydu. Beləliklə, öz diplomatik uğurları, xarizmatik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın liderinə çevrilməsi İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsini şərtləndirən mühüm amillər idi. Xalq bu reallıqları düzgün qiymətləndirməyi bacardı. Seçki ərəfəsində Baş nazir kimi ali hökumət postunu tutan İlham Əliyev haqqında ulu öndər Heydər Əliyevin söylədiyi belə bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, eneryili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

    Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.

    Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi.

    Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.

    Bir sıra ekspertlərin ortaq fikri belədir ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarını (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər) təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradıldı. Regionlarımızın siması tamamilə dəyişdi, gözəlləşdi.

    Bütün bu uğurlar sonrakı vaxtlarda - 2008-ci və 2013-cü illərin prezident seçkilərində də onun xalqın yekdil iradəsi ilə dövlətimizin başçısı seçilməsini şərtləndirən əsas amillər oldu.



    İlkin Əzizov,
    YAP Masallı Rayon Təşkilatının sədr müavini.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:02 Ələşrəf Niftiyev 80
    2. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    5. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    6. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    7. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    8. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    9. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    10. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    11. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    12. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    13. 23:30 Tarixi qələbəyə aparan yol
    14. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    15. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    16. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    17. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    18. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    19. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    21. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    22. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    23. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    24. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    25. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    27. 11:31 Masallıda Qurban bayramı - 2025
    28. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    29. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    30. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    31. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    33. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    34. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    35. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    36. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    37. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    38. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    39. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    40. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ