• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda itkin düşmüş hərbçilərimizin xatirəsi anılıb

    Masallıda itkin düşmüş hərbçilərimizin xatirəsi anılıb


    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkil etdiyi anım mərasimində Komitənin əməkdaşları, itkin düşmüş şəxslərin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlk sükutla yad olunub.

    BQXK-nin nümayəndəsi Elşad Yusif geniş nitqində bildirib ki, respublikamızın əksər rayonlarında olduğu kimi Masallıda da vaxtaşırı olaraq bu cür tədbirlər keçirilir. O, əlavə edib ki, itkin düşmüş şəxslərin taleyi BQXK-nın regiondakı humanitar fəaliyyətinin əsas istiqaməti olaraq qalır.

    İtkin düşmüş şəxslərin ailələrinə göstərilən maddi-mənəvi, tibbi dəstəkdən danışan E.Yusif diqqətə çatdırıb ki, BQXK bu kateqoriyadan olan ailələrdən seçilən könüllü sosial işçilərdə digər ailələrə yardım etmək bacarığını inkişaf etdirir: “Eyni vəziyyətdə olan ailələr yanaşmasını əsas tutaraq, həmin ailələrə yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə yardım edilir və ehtiyac olduqda ailələrin çoxtərəfli ehtiyacları qarşılamaq üçün onlar, xidmət təmin edən müəssisələrə müşayiət edilir.”

    Komitə nümayəndəsi işğaldan azad olunmuş ərazilərimizdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində BQXK tərəfindən I və II Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın ailə üzvlərindən götürülmüş bioloji referent (DNT) nümunələrinin yekunlaşmaq üzrə olduğunu vurğulayıb...

    BQXK-nin Masallı üzrə nümayəndəsi, I Qarabağ müharibəsi şəhidi Taleh Xudaverdiyevin anası Zərifə Xudaverdiyeva, şəhidin qardaşı Elnur Xudaverdiyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı üzrə qazısı Rəşid Talıbov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Masallı RİH yanında İctimai Şuranın üzvü Solmaz Rəsulova, şəhid Araz Seyfullayevin anası Gülay Seyfullayeva, şəhid Cavad İbadovun anası Rəsmiyyə İbadova bu kimi tədbirlərin önəmindən bəhs edərək ölkəmizdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğunu, onların ailələrinin daima diqqətdə saxlandığını qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər.

    Çıxışlarda qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Əminik ki, haqq savaşından alnıaçıq-üzüağ çıxan xalqımız müharibənin gətirdiyi fəsadların aradan qaldırılmasında da yüksək əzm və iradə sərgiləyəcək.

    Anım tədbirində şəhid Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbi şagirdlərinin ifasında məktəbin hərbi rəhbəri Rafiq Abbasovun hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.









    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ