• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Laçın rayonunun 2020-ci il 1 dekabr tarixində işğaldan azad olunması

    Laçın rayonunun 2020-ci il 1 dekabr tarixində işğaldan azad olunması


    Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Laçın heç bir itki vermədən işğaldan azad edilib. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu.
     
    Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
               
    Onuda deyə bilərik  ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
                 
    Laçın rayonu arıçılıq, heyvandarlıq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Rayonun böyük turizm potensialı da var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bununla yanaşı Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək.
                 
    Azərbaycana məxsus Qarabağın ciddi təbii resurs zənginliyinə malik olması və hərbi əməliyyatların, əsasən, bu ərazilərdə aparılması, bu dəhlizin hər iki münaqişə tərəfi üçün əhəmiyyətini daha da artırır.
    Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
                 
    Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
                 
    Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
    Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi.
               
    Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində   4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın edildi və Ermənistanı dərin böhrana salındı.



             
    Ülvi Rufullayev,
    Binə Xocavar kənd tam orta məktəbi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    2. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    3. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    4. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    5. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    6. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    7. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    8. 17:04 Ziyalı işığında                                                                              
    9. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    10. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    11. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    12. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    13. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    14. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    15. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    16. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    17. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    18. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    19. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    20. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    21. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    22. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    23. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    24. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    25. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    26. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    27. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    28. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    29. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    30. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    31. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    32. 19:56 Qalıb Azərbaycan Ordusu
    33. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    34. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    35. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    36. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    37. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    38. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    39. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    40. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ