• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı

    2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı


    Tarix elə bir prosesdir ki, bəzən bir hadisə yüzillik bir gedişatı durdurur və yeni bir mərhələnin başlanğıcını qoyur. Bu baxımdan tam əminliklə demək olar ki, 2020-ci il 27 sentyabrda başlayan, Zəfərlə başa çatan Vətən Müharibəsi tək Azərbaycan üçün deyil, bütövlükdə region, hətta Balkanlardan Uzaq Şərqə qədər böyük bir coğrafiyada Türk Dünyası üçün yüksəliş dönəminin əsasını qoydu. Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Əhməd bəy Ağoğlu kumi dahi fikir adamlarımızın "XXI əsr türk əsri olacaq" öncəgörümü özünü doğrultmaqdadır.
               
    Yeni qədəm qoyduğumuz 2023-cü illə bağlı Türk Dünyasının iki böyük lideri - Türkiyə və Azərbaycan prezidentlərinin verdiyi mesajlar, göstərdiyi hədəflər yüz illərdi istiqlalı və hürriyyəti çeynənən bir millətin dünyada öz haqqına qovuşacağının anonsudur.
             
    Türk Dünyasının gələcəyinə yönəlik bu mesajlar hazırki geopolitik durumdan qaynaqlanır ki, belə bir müsbət dəyişikliyin də əsas səbəbi yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Qarabağ zəfəridir. İşğal altında saxlanılan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda yeni reallıqlar yarandı və Türkiyə başda olmaqla bütün türk dünyası qlobal müstəvidə yeni gücə çevrildi. Avrasiyanın bu qərbindən şərqinədək uzanan türk zolağının qızıl körpüsü olan Azərbaycan bu gün öz tarixi haqlarını bərpa etməklə də yüz illər boyunca dünya imperalizminin parçaladığı Türk Dünyasını coğrafi baxımdan birləşdirmək missiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin Yenil İldə xalqa təbrik çıxışında və yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajlar məhz bu hədəfi açıq göstərir.
             
    Azərbaycanın Zəfər savaşının nəticələrinin dünyaya qəbul etdirilməsini vurğulayan ölkə rəhbəri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsini yenidən gündəmə gətirərək “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” mesajı ilə məsələyə möhür vurdu. Eyni zamanda Bakıdan Naxçıvandan keçməklə Türkiyəyə açılacaq yoldan danışan prezidentin “Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq” fikri bölgənin gələcək bütün taleyinin məhz Azərbaycan-Türkiyə maraqları çərçivəsində həll olunacağına ehyam vurmuş oldu. Bu layihənin icrası ilə Azərbaycan min illər boyu Türk nəzarətində olan tarixi ipək yolunun bərpasına nail olur. Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizi birləşdirilib. Azərbaycan artıq bizim soy-kök qardaşlarımız, Xəzərin şərq sahilində yerləşən türkdilli ölkələr üçün tranzit ölkə rolunu oynayır. Dünya siyasi gücünün iqtisadi imkanlarla birbaşa bağlı olduğu indiki dönəmdə Qədim İpək Yolunun bərpası Türk əsrinin reallaşması üçün əvəzolunmaz şərtdir və bu proses də Azərbaycanın liderliyi ilə aparılır.
               
    Müstəqilliyinin ilk illərində ərazisi işğal olunmuş, iqtisadiyyatı çökmüş, dövlət olaraq varlığı belə sual altında olan Azərbaycanın bu gün tarixə möhür vuran, böyük bir regionun geopolitik durumunu dəyişəcək prosesə start verməsi heç şübhəsiz uzun, çətin, amma şərəfli bir siyasi iradənin nəticəsidir. Bu gün ordusu və siyasi mövqeyi ilə dünyanın aparıcı ölkələri ilə bir sırada duran Azərbaycan qlobal iqtisadi böhran şəraitində nəinki işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq layihələrini icra edir, həm də sosial islahatları davam etdirir. Bütün bunlar regionun lider dövləti kimi Azərbaycanın qüdrətinin və qarşıya qoyulan hədəflərə nail olunmasının əsas şərtidir.
               
    Tarix həm də təsadüfləri sevmir. 2023-cü ildən Türk əsrinin başlaması həm də iki böyük Türk Liderinin adı ilə bağlıdır. Bu il dahi rəhbər Mustafa Kamal Atatürkün qurduğu Cumhuriyyətin və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bu iki böyük Türk Liderinin davamçıları olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin tarixi yubleyə ən gözəl töhvəsi elə Türk əsrinin başlanmasıdır.



    Ülvi Rufullayev,
    Masallı rayon Binə xocavar kənd sakini




    “Yeni həyat” qəzeti,
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:00 Peşəkar ordumuz
    2. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    3. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    4. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    5. 19:02 Ələşrəf Niftiyev 80
    6. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    7. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    10. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    11. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    12. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    13. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    14. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    15. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    16. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    17. 23:30 Tarixi qələbəyə aparan yol
    18. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    19. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    20. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    21. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    22. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    23. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    25. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    26. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    27. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    28. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    29. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    30. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    31. 11:31 Masallıda Qurban bayramı - 2025
    32. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    33. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    34. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    35. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    37. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    40. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ