• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gənclərin himayədarı, etibarlı dayağı

    Gənclərin himayədarı, etibarlı dayağı


    Keçən əsrin 70-80-ci illərini yaxşı xatırlayıram. O illəri haqlı olaraq Azərbaycanın "qızıl dövrü" adlandırırlar. Respublikamızın müdrik rəhbəri Heydər Əliyevin yorulmaz səyləri, titanik fəaliyyəti sayəsində iqtisadiyyatın bütün sahələrində möhtəşəm qələbələr əldə olunur, Azərbaycan illəri qırmızı bayraqlarla yola salan, qabaqcıl, nüfuzlu bir məmləkət kimi keçmiş ittifaqda tanınırdı.

    Ümummilli lider ölkənin sosial-iqtisadi, mədəni inkişafı ilə yanaşı, gənc nəslin təhsilinə, kadrların gənclər arasında seçilib hazırlanmasına, yüksəkixtisaslı, peşəkar kadr potensialının yaradılmasına xüsusi önəm verirdi.

    Mən Masallı rayonunun II Yeddioymaq kəndində kasıb bir ailədə böyüyüb boya-başa çatmışam. Atamı 3 yaşım olanda itirmişəm. Dörd uşaq, ailəmizin bütün yükü məktəbdə xadimə işləyən anamın çiyninə düşmüşdü. Çətinliklərlə, maddi sıxıntılarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib doğma rayonumuza təyinat almışdım.

    1969-cu ilin avqust ayı idi. Rayon təhsil şöbəsinə kənddə müəllim işləmək üçün əmrimi almağa getmişdim. Həmin gün "Kommunist" qəzetində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin avqust plenumunda məruzəsi dərc olunmuşdu. Məruzəni bir neçə dəfə diqqətlə oxudum. Rəhbərin obyektiv, cəsarətli çıxışı, respublikada neqativ hallara qarşı barışmaz mövqeyi ürəyimdən xəbər verirdi. O vaxtdan Heydər Əliyevi özümə ideal seçib, Azərbaycanı uğurlu, işıqlı gələcəyə aparan rəhbər kimi sevməyə başladım.

    Ümummilli lider XX əsrin nadir, fenomen şəxsiyyətləri arasında birincilərdəndir, o dövrdə Azərbaycanın yetirdiyi dünyamiqyaslı dahi şəxsiyyətdir. Məhz onun gənclərə göstərdiyi yüksək qayğı sayəsində sadə kənd müəllimliyindən Masallı rayon komsomol komitəsinin əvvəl şöbə müdiri, sonralar birinci katibi, rayon xalq deputatları soveti icraiyyə komitəsi sədrinin birinci müavini və digər məsul vəzifələrə irəli çəkildim. Yeganə komsomol katibi olaraq keçmiş SSRİ-nin ən nüfuzlu "Şərəf nişanı" ordeni ilə təltif olundum. Özümü xoşbəxt sayıram ki, bir neçə dəfə Heydər Əliyevin rəhbərliyi ilə keçirilən respublika tədbirlərində iştirak edib rəhbərin dərinməzmunlu, proqram xarakterli məruzələrini, çıxışlarını dinləmişəm. 1978-ci ilin mart ayında keçirilən Azərbaycan komsomolunun XXX qurultayında iştirakım və rəyasət heyətinə seçilməyim həyatımın ən unudulmaz günlərindən biridir. Qurultayın rəyasət heyətində möhtərəm Heydər Əliyevlə yanaşı, digər rəhbər şəxslər, ÜİLKGİ MK katibi, qonşu respublikaların komsomol təşkilatlarının birinci katibləri, SSRİ-nin təyyarəçi kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı V.M.Jolobov və s. rəsmi şəxslər əyləşmişdilər.

    Qurultayın ikinci günü ulu öndərin dərinməzmunlu, əhatəli nitqi sürəkli alqışlarla qarşılandı. Ölkənin inkişafında gənclərin rolunu yüksək qiymətləndirən Heydər Əliyev gənclərin mənəvi tərbiyəsində yol verilmiş nöqsanlara toxundu.

    Azərbaycanın müdrik rəhbəri söylədiyi proqram xarakterli nitqində Bakı Dövlət Universitetinin hüquq fakültəsində yaranmış vəziyyəti kəskin tənqid edərək bildirdi ki, hüquq fakültəsinə qəbul zamanı fəhlə sinfinin və kolxozçu kəndlilərin nümayəndələrinin faizi həmişə yüksək olmalıdır.

    Gənclərin qarşısında duran vəzifələrdən də geniş danışan ümummilli lider istedadlı gənclərin üzə çıxarılmasına və inkişafına qayğı göstərməyin vacibliyini diqqətə çatdırdı. Gənclərin estetik tərbiyəsi, teatra, musiqiyə, incəsənətin digər sahələrinə məhəbbət hissinin tərbiyə edilməsi işinin gücləndirilməsinin zəruriliyini qeyd etdi.

    Həmin qurultayda mənə də söz verildi. Çox həyəcan keçirirdim. Ulu öndərin qarşısında çıxış etmək böyük məsuliyyət tələb edirdi.

    Dahi rəhbər keçirilən tədbirlərdə bütün çıxışları diqqətlə dinləyir, yekun nitqində fikirlərini, irad və tövsiyələrini söyləyirdi. Yadımdadır, respublika fəallarının yığıncağında bir nəfər Ermənistanda azərbaycanlıların sıxışdırılmasından danışdı. Heydər Əliyev Respublika Üzümçülük və Şərabçılıq Komitəsinin sədri Yuniz Rzayevə tapşırdı ki, sabah Yerevana getsin. Dedi ki, Dəmirçiyana tapşıraram səni qəbul eləsin, dinləsin və tədbir görsün.

    Ümummilli lider Vətəninə, xalqına qırılmaz tellərlə bağlı ən böyük azərbaycanlı idi. Gəncləri çox sevirdi, sözün əsl mənasında onların dayağı, himayədarı idi.

    1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər gəncliyi müstəqil Azərbaycanın gələcəyi adlandırmış və onlara hər zaman xüsusi qayğı göstərmişdi. Əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında silinməz izlər buraxıb.

    Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Azərbaycan bu sahədə də bir çox ölkələri qabaqlayıb. Respublikamızda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilib.

    Ümummilli liderin rəhbərliyi ilə gənclər sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası yaradılıb. Bütün bunlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

    Bu gün ölkəmizdə gənclər siyasəti ümummilli liderin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan gəncliyi haqqında imzaladığı sərəncamlar, Dövlət proqramları, həyata keçirilən islahatlar cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır, onların yaradıcı potensialının üzə çıxarılmasında misilsiz rol oynayır. Sağlam və intellektual gənc nəslin yetişdirilməsi uğurla aparılan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.



    Qardaş FƏTULLAYEV,
    "Masallı Ziyalıları" İctimai Birliyinin sədri, "Şərəf nişanı" ordenli. ("Respublika" qəzeti, 5 aprel 2023-cü il tarixli).


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ