• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Elmin təhsilin böyük himayədarı

    Elmin təhsilin böyük himayədarı


    Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev fenomeninin işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Müstəqil Azərbaycanın müasir tarixi dünyaşöhrətli dövlət xadimi, türk dünyasının fəxri, xalqımızın böyük oğlu Heydər Əliyevin adı həyata keçirdiyi islahatlar, nəhəng quruculuq işləri ilə qırılmaz tellərlə bağlıdır.

    Adını tarixə qızıl hərflərlə yazmış dünyanın siyasət dahisi, millət fədaisi, nadir şəxsiyyət Heydər Əliyev hər zaman ehtiramla xatırlanır. Əbədiyaşar ümummilli liderimizin çoxşaxəli, yorulmaz, titanik fəaliyyəti haqqında nə qədər danışsaq, yenə onun zəngin həyat fəaliyyətini tam əhatə etmək mümkün deyildir.

    Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizi keçmiş ittifaqda ən geridə qalmış respublikadan ən qabaqcıl respublika səviyyəsinə yüksəltdi. O illərdə ölkəmiz iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, bir sözlə, həyatın bütün sahələrində sürətli inkişaf, coşqun tərəqqi dövrünü yaşadı.

    Həyatımın yarım əsrə yaxını təhsil sahəsi ilə bağlıdır. Uzun illər Masallı rayonunda müəllim, məktəb direktoru, rayon icra hakimiyyəti başçısının müavini və digər vəzifələrdə işləmişəm. Təhsil sahəsində səmərəli fəaliyyətimə görə respublikanın Əməkdar müəllimi fəxri adına və "Tərəqqi" medalına layiq görülmüşəm. Bir vaxtlar rəhbərlik etdiyim Masallı şəhər 1 saylı tam orta məktəb möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adını qazanmışdır.

    Ötən əsrin 1970-1980-ci illərini yaxşı xatırlayıram. Ulu öndər bütün sahələrdə əsaslı dönüş yaratmaq üçün prioritet sahə olaraq elmin, təhsilin inkişafına, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi.

    Müdrik rəhbərin yüksək qayğısı sayəsində hər il 800-dən artıq gənc keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilirdi. Bu, Azərbaycanda gözəl bir ənənə halını almışdı. O illərdə SSRİ-nin 170 aparıcı elm və təhsil ocağında 3500 nəfər azərbaycanlı təhsil almışdır.

    Ümummilli lider təhsil almağa göndərdiyi gənclərlə xüsusi maraqlanır, dərs ilinin əvvəlində onlarla görüşərək tapşırıq və tövsiyələrini verirdi. Dahi rəhbər Azərbaycanın gələcəyini aydın görürdü. Bütün bunlar bugünkü müstəqil Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislər, layiqli kadrlar hazırlamaq məqsədi daşıyırdı.

    O illərdə respublikamızda yeni ali məktəblər açıldı. Tələbə qəbulunun sayı yüz mini ötdü. Təhsilin inkişafı xalqımızın yüksək mənəvi və intellektual potensialının reallaşmasına, cəmiyyətdə fikir plüralizminin, azad və demokratik düşüncə tərzinin formalaşmasına misilsiz töhfələr verdi. Tarix sübut etdi ki, hələ o vaxtlar Heydər Əliyev yeni, müstəqil Azərbaycanın əsasını qoymuşdur.

    Keçən əsrin 80-ci illərində qərb mətbuatı yazırdı ki, əgər sovet imperiyası dağılarsa yalnız üç respublika: Rusiya, Ukrayna və Azərbaycan gələcəkdə müstəqil dövlət kimi yaşaya bilər. Qərb siyasətçilərinin ölkəmiz haqqında belə bir fikir söyləməsi Heydər Əliyev fenomeni ilə, onun rəhbərliyi sayəsində respublikamızın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər, sürətli inkişaf və coşqun tərəqqisi ilə bağlı idi.

    Ümummilli liderin qarşıya qoyduğu ən böyük hədəflərdən biri xalqın mənəvi inkişafı, maariflənməsi, dünyanın ən inkişaf etmiş xalqları sırasında öz yerini tutması idi. Bu məqsədlə ulu öndər təhsilin müstəsna rolunu daim yüksək qiymətləndirir, onun inkişafına misilsiz qayğı göstərirdi. Böyük rəhbər milli təhsil sistemində davamlı inkişaf, yüksək keyfiyyət görmək istəyirdi. Qısa müddətdən sonra Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə komissiya yaradıldı. Komissiya Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Heydər Əliyevin rəhbərliyi ilə proqram geniş müzakirə edildi. 1999-cu ilin 15 iyununda - Milli Qurtuluş Günündə proqram təsdiqləndi. Bu simvolik məqamın özü də dahi şəxsiyyətin təhsilə qayğısının təzahürü idi.

    Müdrik rəhbərin göstərişi ilə büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dərsliklərin şagirdlərə pulsuz verilməsi, tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi dövlət qayğısı sayəsində əldə olunmuş ən mühüm nailiyyətlərdəndir.

     Azərbaycan Prezidenti İlham Əliyev bu gün ulu öndərin təhsil siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, hər hansı bir xalq üçün ən böyük sərvət nə yeraltı, nə də yerüstü resurslardır. Xalqın ən böyük sərvəti həm maddi, həm də mənəvi cəhətdən yaxşı yetişdirilmiş insan resursları, kadr potensialıdır.

    Təhsil, təlim-tərbiyə sisteminin təməlinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövlət siyasətinin ən prioritet məsələlərindən biridir. Sevindirici haldır ki, ölkəmizdə təhsilin inkişafının vacibliyi, əhəmiyyəti düzgün qiymətləndirilir və bu sahədə intensiv surətdə islahatlar aparılır.

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində respublikamızın hər yerində çoxlu sayda yeni məktəb binaları tikilmiş, sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, idman zalları müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin ixtiyarına verilmişdir.

    Prezidentin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" tapşırığını təhsil işçiləri əməli fəaliyyətləri ilə həyata keçirir, dövrün tələbinə uyğun tədrisin keyfiyyətini yüksəltməklə təhsilimizin inkişafına layiqli töhfələr verirlər.

    Zaman keçdikcə ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətçiliyinin memarı, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin bəhrələrini görürlər. Ulu öndərin etibar etdiyi müstəqil Azərbaycanı möhtərəm Prezidentimiz bütün göstəricilər üzrə tarixin ən qüdrətli mərhələsinə çatdırdı. Ən mühümü isə ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi. 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz İlham Əliyevin yetişdirdiyi gənclik torpaqlarımızı işğaldan azad edərək xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Xalqımızı, millətimizi daha vüqarlı, məğrur edərək ölkəmizi qalib dövlət kimi bütün dünyaya tanıtdı.

    Tarixi Qələbə, şanlı zəfər azad yurdumuza çox yaraşır. Bu, ata vəsiyyətini böyük tarixi Zəfərlə həyata keçirən möhtərəm Prezidentimizin bütün ömrünü Azərbaycana həsr etmiş müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin parlaq xatirəsinə ən qiymətli hədiyyəsidir.



    Mirqabil HÜSEYNOV,
    respublikanın Əməkdar müəllimi,
    "Tərəqqi" medallı.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ