• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Nurlu ömrün salnaməsi” adlı tədbir

    “Nurlu ömrün salnaməsi” adlı tədbir


    Aprelin 12-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib.

    Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi partiya təşkilatının sədri Zamin Məmmədov, Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədr müavini Dilarə Hüseynova, Masallı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, təhsil və mədəniyyət işçiləri iştirak edib.

    Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək qeyd edib ki, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir.

    Çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, ölkədə regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektiv müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.
    Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

    Daha sonra “Əsl məhəbbət” sənədli film izlənilib.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    2. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    3. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    4. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    5. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    6. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    7. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    8. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    9. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    10. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    12. 13:36 Ziyalı işığında...
    13. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    14. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    15. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    16. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    17. 11:33 Nurlu insan
    18. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    19. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    20. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    21. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    22. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    23. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    24. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    25. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    26. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    27. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    28. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    29. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    30. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    32. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    33. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    34. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    35. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    36. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    37. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    39. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    40. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ