• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi Azərbaycan Respublikasının müstəqil dövlətçiliyinin əsas əlamətlərindən biridir

    Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi Azərbaycan Respublikasının müstəqil dövlətçiliyinin əsas əlamətlərindən biridir


    Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də 1920-1960-cı illərdə respublikamızda Azərbaycan dili hakim mövqeyə malik deyildi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Hətta repressiyaların tüğyan etdiyi 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdular. Lakin ölkədə ümumi vəziyyət getdikcə bir qədər yumşalsa belə, ideoloji qadağaları heç kim ləğv etməmişdi.

     Məhz buna görə də müttəfiq respublikaların rəhbərləri hətta 60-70-ci illərdə belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin bütün bu qadağalara baxmayaraq, o dövrdə Azərbaycan SSR-yə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirmişdir. Məlumdur ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm milli dillərin inkişaf etdirilməsi ilə deyil, əksinə daha da sıxışdırılması ilə əlaqəli idi. Xüsusilə də yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin hüquqlarının alınması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və təhlükəli idi. Sovet rəhbərliyi bu mövzu ilə bağlı son dərəcə yüksək həssaslıq nümayiş etdirirdi. Yalnız, 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev bu prinsipial və həyati əhəmiyyət kəsb edən məsələdə öz mövqeyini güzəştə getmək niyyətində deyildi. Ulu Öndər SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Əlbəttə ki, bu yanaşma əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ulu Öndər öz çıxışlarının birində demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”  Ulu Öndərin vətənə olan bağlılığından öz xalqının doğma ana dilini qorumaq üçün bütün riskləri göz altına almışdı.
                       
    Azərbaycan dilinin dövlət dili statusunun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsinə nail olmaqla Ümummilli Lider Heydər Əliyev xalqın milli ruhunu yüksəltdi, özünə inamını artırdı: “SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. O cümlədən Azərbaycan Respublikasının Konstitusiya layihəsi də hazırlanmışdı. Lakin bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Təbii ki, kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Lakin həmin dövrdə artıq respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev sadəcə karyerasını deyil, həmçinin həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınması üçün əlindən gələni edirdi. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir düzəliş təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu və bundan sonra ana


    dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə Ulu Öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi.
               
     Həmçinin Ulu Öndər ana dilimizin adını bizə qaytarmaqla Azərbaycan dilinin inkişafı və qorunması işinə misilsiz töhfə vermiş oldu: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Ulu Öndərin müəyyən etdiyi dil siyasəti birmənalı olaraq ölkəmizdə dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik siyasətin uğurla həyata keşirilməsinin nəticələridir.


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:02 Ələşrəf Niftiyev 80
    2. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    5. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    6. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    7. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    8. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    9. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    10. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    11. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    12. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    13. 23:30 Tarixi qələbəyə aparan yol
    14. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    15. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    16. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    17. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    18. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    19. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    21. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    22. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    23. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    24. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    25. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    27. 11:31 Masallıda Qurban bayramı - 2025
    28. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    29. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    30. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    31. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    33. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    34. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    35. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    36. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    37. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    38. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    39. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    40. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ