• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » O, Heydər Əliyevdir

    O, Heydər Əliyevdir


    Mayın 4-də YAP Masallı rayon Təşkilatının, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının birgə dəstəyi ilə Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “O, Heydər Əliyevdir ! ” mövzusunda tədbir keçirilib.

    Yeni Azərbaycan Partiyası fəallarının, kollecin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq,  dünya liderlərinin dahi şəxsiyyət haqqında dedikləri sözlərdən sitatlar səsləndirib. Qeyd olunub ki, öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.

    Sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasətindən söhbət açıb. Natiq qeyd edib ki, deyilənlərə yekun vuraraq, belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulmuş müasir mədəniyyət siyasətinin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli mədəni sərvətləri qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək və inkişaf etdirməkdir. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunması və qəbul edilməsinin getdikcə güclənməsi bu sahədə nikbin proqnozlar üçün əsas verir. Beləliklə, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.

    Tədbirdə YAP Masallı rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Miriş Hüsyenov və baş mühasib Mirələm İbrahimov “Fəxri Fərman”la təltif edilib.

    Yekunda Masallı Xalq Teatrı aktyorlarının və Masallı Dövlət Regional Kollecinin tələblərinin ifasında Ulu Öndərə həsr olunmuş “Möhtəşəm Qala” kompozisiyası nümayiş olunub.










    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    2. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    3. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    4. 10:00 Peşəkar ordumuz
    5. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    6. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    7. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    8. 19:02 Ələşrəf Niftiyev 80
    9. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    11. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    13. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    14. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    15. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    16. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    17. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    18. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    19. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    20. 23:30 Tarixi qələbəyə aparan yol
    21. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    22. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    23. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    24. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    25. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    26. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    28. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    29. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    30. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    31. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    32. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    34. 11:31 Masallıda Qurban bayramı - 2025
    35. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    36. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    37. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    38. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    40. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ