Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır! » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır!

    Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır!



     XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qazandırmış cənab İlham Əliyevin 2024-cü il fev¬ralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz həm də Zəfərdən – Zəfərlərə doğru yeni və etibarlı təminat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş et¬dirən yeni dövrə qədəm qoymuşdur.
    Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.

    Azərbaycan tarixində xüsusi mərhələ olan 2003-2023-cü illər Prezident İlham Əliyevin siyasi hakimiyyətinin birinci dövrünün epopeyası, 7 fevral 2024-cü il seçkilərində qazanılmış tarixi qələbə isə Ali Baş Komandanın daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev, baş qəhrəmanı və böyük sükançısı isə müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi epoxanın böyük başlanğıcı və paroludur. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mühüm tarixi qələbə qazanmış Azərbaycan xalqı böyük qürur hissi ilə İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə mandat almışdır.

    Daşıdığı dərin mənaya və zərurətə görə 7 fevral 2024-cü il prezident seç¬kilərini  Azərbaycan tarixində yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 3 oktyabr 1993-cü il seçkiləri ilə müqayisə etmək olar. Azər¬baycanda dərin böhranların yaşandığı, müstəqilliyin itirilmək təhlükəsinin mey¬danda olduğu həmin məsuliyyətli sınaq dövründə xalqımız birmənalı şəkildə zən¬gin təcrübəyə malik olan, dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizi xilas edəcəyinə böyük ümid və inam bəsləmişdir. Bu baxımdan 3 oktyabr 1993-cü il seçkilərində xalqımız Heydər Əliyevin simasında öz taleyinə, sabahı¬na səs vermişdi. Tarix Heydər Əliyevin xilaskarlıq missiyasının timsalında xalqı¬mızın nə qədər müdrik olduğunu sübut etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlət müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etmək və inkişafın növbəti mərhələsinin möhkəm təməllərini yaratmaqla tarixin gedişatını dəyişdirmə¬yi bacardığını isbat etmişdir.
       
    Məlum olduğu kimi, hazırkı 7 fevral 2024-cü il seçkiləri isə 3 oktyabr 1993-cü il seçkilərindən fərqli olaraq, müstəqil dövlətimizin böyük sürətlə inkişaf etdiyi, ölkəmizin Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsdiq olunduğu bir şəraitdə keçirilmişdir. Xalqımız 3 oktyabr 1993-cü il seçkilərində dövlət müstəqilliyimizi itirməmək və möhkəmləndirmək üçün Heydər Əliyevlə müqa¬yisə oluna bilən digər bir lider görmədiyi kimi, 7 fevral 2024-cü il seçkilərində də ölkəmizi gəlib çatdığı Zirvədə qoruyub saxlamaq və yeni zirvələrə doğru aparmaq bacarığında da İlham Əliyevdən başqa heç bir alternativ namizəd haqqında fikirləşməli olmamışdır. Bu mənada Azərbaycan xalqı 3 oktyabr 1993-cü ildə hansı böyük inamla prezident seçkilərinə getmişdisə, 7 fevral 2024-cü il seçkilərində də həmin qətiyyətlə və eyni qürur hissi ilə seçkilərdə öz sözünü demişdir. Ona görə də 3 oktyabr 1993-cü il prezident seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə müstəqilliyini itirmək təhlükəsinin aradan qalxmasını bayram edən xalqımız 7 fev¬ral 2024-cü il seçkilərində də müzəffər Ali Baş Komandan İlham Əliyevə mandat verməklə müstəqil dövlətimizin Zəfərdən-Zəfərlərə doğru inkişaf edəcəyinə böyük inamının real təntənəsini yaşamışdır. Bu cəhətdən dövlətçilik baxımından Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır və daha da gücləndirir. Bütün bunlar isə Heydər Əliyev – İlham Əliyev epoxasının Azərbaycan çoxəsrlik tarixində yeni bir tarixi dövr olduğunu əyani şəkildə nümayiş etdirir.




    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ