Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır! » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır!

    Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır!



     XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qazandırmış cənab İlham Əliyevin 2024-cü il fev¬ralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz həm də Zəfərdən – Zəfərlərə doğru yeni və etibarlı təminat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş et¬dirən yeni dövrə qədəm qoymuşdur.
    Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.

    Azərbaycan tarixində xüsusi mərhələ olan 2003-2023-cü illər Prezident İlham Əliyevin siyasi hakimiyyətinin birinci dövrünün epopeyası, 7 fevral 2024-cü il seçkilərində qazanılmış tarixi qələbə isə Ali Baş Komandanın daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev, baş qəhrəmanı və böyük sükançısı isə müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi epoxanın böyük başlanğıcı və paroludur. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mühüm tarixi qələbə qazanmış Azərbaycan xalqı böyük qürur hissi ilə İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə mandat almışdır.

    Daşıdığı dərin mənaya və zərurətə görə 7 fevral 2024-cü il prezident seç¬kilərini  Azərbaycan tarixində yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 3 oktyabr 1993-cü il seçkiləri ilə müqayisə etmək olar. Azər¬baycanda dərin böhranların yaşandığı, müstəqilliyin itirilmək təhlükəsinin mey¬danda olduğu həmin məsuliyyətli sınaq dövründə xalqımız birmənalı şəkildə zən¬gin təcrübəyə malik olan, dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizi xilas edəcəyinə böyük ümid və inam bəsləmişdir. Bu baxımdan 3 oktyabr 1993-cü il seçkilərində xalqımız Heydər Əliyevin simasında öz taleyinə, sabahı¬na səs vermişdi. Tarix Heydər Əliyevin xilaskarlıq missiyasının timsalında xalqı¬mızın nə qədər müdrik olduğunu sübut etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlət müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etmək və inkişafın növbəti mərhələsinin möhkəm təməllərini yaratmaqla tarixin gedişatını dəyişdirmə¬yi bacardığını isbat etmişdir.
       
    Məlum olduğu kimi, hazırkı 7 fevral 2024-cü il seçkiləri isə 3 oktyabr 1993-cü il seçkilərindən fərqli olaraq, müstəqil dövlətimizin böyük sürətlə inkişaf etdiyi, ölkəmizin Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsdiq olunduğu bir şəraitdə keçirilmişdir. Xalqımız 3 oktyabr 1993-cü il seçkilərində dövlət müstəqilliyimizi itirməmək və möhkəmləndirmək üçün Heydər Əliyevlə müqa¬yisə oluna bilən digər bir lider görmədiyi kimi, 7 fevral 2024-cü il seçkilərində də ölkəmizi gəlib çatdığı Zirvədə qoruyub saxlamaq və yeni zirvələrə doğru aparmaq bacarığında da İlham Əliyevdən başqa heç bir alternativ namizəd haqqında fikirləşməli olmamışdır. Bu mənada Azərbaycan xalqı 3 oktyabr 1993-cü ildə hansı böyük inamla prezident seçkilərinə getmişdisə, 7 fevral 2024-cü il seçkilərində də həmin qətiyyətlə və eyni qürur hissi ilə seçkilərdə öz sözünü demişdir. Ona görə də 3 oktyabr 1993-cü il prezident seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə müstəqilliyini itirmək təhlükəsinin aradan qalxmasını bayram edən xalqımız 7 fev¬ral 2024-cü il seçkilərində də müzəffər Ali Baş Komandan İlham Əliyevə mandat verməklə müstəqil dövlətimizin Zəfərdən-Zəfərlərə doğru inkişaf edəcəyinə böyük inamının real təntənəsini yaşamışdır. Bu cəhətdən dövlətçilik baxımından Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır və daha da gücləndirir. Bütün bunlar isə Heydər Əliyev – İlham Əliyev epoxasının Azərbaycan çoxəsrlik tarixində yeni bir tarixi dövr olduğunu əyani şəkildə nümayiş etdirir.




    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:05 Masallı Rayon İcra Hakimiyyəti başçsının 30.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    2. 16:51 Elan
    3. 15:21 Masallıda kartof və taxıl yığımının yekunları, növbəti əkin mövsümü qarşısında duran vəzifələr müzakirə olunub
    4. 12:10 Masallıda 2026-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    5. 09:58 XALQI XALQ EDƏN, MİLLƏTİ MİLLƏT EDƏN ONUN ANA DİLİDİR
    6. 11:17 Təbrik edirik!
    7. 16:42 Rayon rəhbəri Təklə ərazisində şəhid məzarlarını ziyarət etdi 24.07.2026
    8. 16:38 Rayon rəhbəri 24 iyul 2026-cı il tarixdə Masallı rayonunun Mollahəsənli kəndində səyyar qəbul keçirib
    9. 12:33 Rayon rəhbəri "RobotChallenge Azerbaijan 2026”da uğur qazanan qaliblərlə görüşdü
    10. 12:31 Masallı Rayon İcra Hakimiyyəti başçsının 23.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    11. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    12. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    13. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    14. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    15. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    16. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    17. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    18. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    19. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    20. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    21. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    22. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    23. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    24. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    25. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    26. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    27. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    28. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    29. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    30. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    31. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    32. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    33. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    35. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    36. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    37. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    38. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    39. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    40. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ