Poetik sözün rəngləri » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Poetik sözün rəngləri

    Poetik sözün rəngləri


    Onunla ilk dəfə Masallının Xırmandalı kəndindəki əkin sahəsində görüşməyimdən 30 ilə qədər vaxt ötür. O zaman bostanında yetişdirdiyi bal kimi şirin qarpız-yemişin dadına baxdıq. Əkinçi şairin söz “tarla”sına səpdiyi saf duyğu “toxum”larının da misra-misra böyüyüb şirin bar-bəhər verdiyinin şahidi oldum.

    Söhbət istedadlı qələm sahibi Arif Fərzəlidən gedir. Rayonda hamı ona “Masallının Fikrət Qocası” deyir. Həm şairliyinə görə, həm də eynilə mərhum ustadı kimi, səs telləri “incik” olduğundan bir az xırıltı ilə danışdığı üçün. Çöllər onun vərəqidir, bellər – yazan qələmi... Qabarlı əlləri, kövrək ürəyi ilə əyalətdə umacaqsız bir tale yaşayır. Bostanında “lək-lək” sözlər, “tağ-tağ” misralar becərir. Daşın-torpağın arasından “qızıl” beytlər, bəndlər tapıb çıxarır. Sonra da hamısını sanki güləbətinlə bir-birinə toxuyur...

    Arifin şeirləri göz qamaşdıran rənglərdən xalidir, amma boyaları təbiidir deyə, heç biri pozulub getmir. Necə ki, fabrik məhsulu olmayan qədim xalçanın, kilimin “bəti-bənizi” hələm-hələm solub-saralmır. Onun insan haqqında düşüncələri adamı xəyala daldırır:

     

    Nəsil-nəsil şumlanırıq,

    növbə-növbə əkilirik hamımız,

    Bir ovuc Vətən torpağıyıq -

    bərəkətlimiz, şoranımız, xamımız...

     

    Bir qədər əvvəl Arifin yeni “Tarix kitabı” işıq üzü görəndən sonra Masallıdakı dostlarla kəndə görüşünə getdik. Şair Nurməmməd Ağa, ziyalı dostumuz, məktəb direktoru Hamlet Quliyev, “Yeni həyat” rayon qəzetinin baş redaktoru Əlihüseyn Şükürov və mən qapısını ərklə açdıq. Şair bizi görüb sevindi, təzə kitabına “Mübarəkdir” dedik və çay süfrəsi arxasında ürək söhbətləri elədik. Dəqiqələr dadlı-dadlı ixtilatların şirinliyində əridi.

    Arif Fərzəli əyalətdə yaşayıb-yaratmaq qismətinə şükür eləyən, böyük şəhərlərin reklam işıqlarında gözü qalmayan şairlərdəndir. Amma adı paytaxt Bakının ədəbi mühitində yetərincə tanınır və tez-tez çəkilir. Bakı Dövlət Universitetinin kimya fakültəsini, sonra isə Maksim Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunu bitirmiş Arif müəllim “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib” və başqa kitabları ilə ədəbi aləmə səs salıb. Qələmi günbəgün ovxarlanıb, duyğularını yerli-yerində fəlsəfi düşüncə köynəyindən keçirib. Cavan vaxtlarında yetərincə vətənpərvər şair idi, indi daha çox vətəndaş şairdir. Onun “Oyunmuş bu yol deyilən” şeirində oxuyuruq:

     

    Vaxt cığır – zaman içində,

    Baxt şaxır güman içində.

    Yaddaşım al-qan içində –

    Qardaş savaşından gəlləm.

     

    Tarixi faciələrimizi bilənlər dərhal duyur ki, müəllif şair babası Şah İsmayıl Xətainin qan qardaşı sayılan Sultan Səlimlə gərəksiz döyüşünə işarə vurur. Arifin adi detallardan ustalıqla istifadə etməsi diqqətçəkəndir. Uğurla seçilən hər detal şeirə orijinallıq gətirir. Bu baxımdan “Qoca boksçu” maraqlıdır:

     

    Əlləri sustalıb, düşüb yanına,

    Əlcəyi divardan asılı qalıb.

    Tablamır taleyin yumruqlarına,

    Ömrünün küncünə qısılıb qalıb.

     

    Kürəyini dağlara söykəmiş kənd, bar ağaclarının yanında “utanan” söyüd, qurumuş bulaq, arxası üstə düşüb göyləri cırmaqlayan böcək, bir anda, özü də aşırı yağmış qar, “məktub” – qəbirlər... Arifin poetik dünyasının yaddaqalan atributlarıdır. Məncə, sıradan bir rəssam belə onun şeirlərinə eskizlər çəksə, sərgisi sənətşünasları ciddi şəkildə maraqlandırar.

    Arifin sevgi şeirləri oxucuya öz yaşantısı kimi tanış gəlir:

     

    Öz əlimlə qayçılandım bir ömür,

    Qamçıladım, qamçılandım bir ömür,

    Bir buluddum, damcılandım bir ömür,

    Sellənmədim bu sevdanın yolunda...

     

    Şair musiqini, muğamları da gözəl bilir, duyur və poetik nəfəsi ilə çatdırır. “Segah” şeirinə nəzər salaq:

     

    Mizrab toxunacaq, sim ağlayacaq,

    Zili hönkürəcək, bəm ağlayacaq.

    Görüm məni ən çox kim ağlayacaq,

    Qoy bir harayında itim segahın.

     

    Bu nizə daşları keçən nizəymiş,

    Elə bu nizənin yönü bizəymiş...

    Ağrısı-acısı hələ təzəymiş,

    Yarası qədimdən-qədim segahın.

     

    Simlər pərdə üstə yollardı – qoşa,

    Gedən ölməzliyə gedib qovuşar.

    Bir qaçıb obaya hay sal, ay uşaq,

    Dədəsi tapılıb “Yetim segah”ın...

     

    O, həm də sözlə yarızarafat-yarıciddi manipulyasiya edə bilən şairdir: Görün, bəzi sözləri zamanın nəbzində necə oynadıb:

     

    “Atam” deyirsən, atom düşür yadına,

    “Nəvə” deyirsən, nüvə düşür yadına.

    O gün dostum “Pəriş” yerinə,

    Çaşıb “Perşinq” deyib arvadına...

     

    Qələm dostum hazırda özünün müdrik çağını yaşayır. Şeirləri qədər uzunömürlü olması diləyi ilə:



    Əli NƏCƏFXANLI
    XQ
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    2. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    3. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    4. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    5. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    6. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    7. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    8. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    9. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    10. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    11. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    12. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    13. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    14. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    15. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    16. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    17. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    18. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    19. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    20. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    21. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    22. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    23. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    24. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    25. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    26. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    27. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    28. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    29. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    30. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    31. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    32. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    33. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    34. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    35. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    36. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    37. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    38. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    39. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    40. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ