Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə barədə
- Bu gün, 14:56
- Maraqlı
- 0
- 7

1. Prezident İlham Əliyev müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini vurğulayaraq, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib.
2. Dövlət başçısı regional təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələri üzrə birgə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirərək, bu istiqamətdə qarşılıqlı dəstəyin önəmini qeyd edib.
3. Müsahibədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birliyi və inteqrasiyasının gücləndirilməsi strateji hədəf kimi təqdim olunub.
4. Prezident İlham Əliyev Azərbaycanın regionda yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqlar barədə məlumat verərək, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf üçün ölkəmizin təşəbbüslərini diqqətə çatdırıb.
5. Müsahibə iki dövlət arasında qarşılıqlı etimada, tarixi və mədəni bağlara əsaslanan müttəfiqlik münasibətlərinin daha da dərinləşdirməsinə xidmət edən mühüm siyasi mesajlarla yadda qalıb.
Quliyeva Gülnarə,
Masallı rayon.Səmədxan kəndi





























