COP29  tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə yazıldı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » COP29  tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə yazıldı

    COP29  tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə yazıldı


     

    “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tarixi və qiyməti fikri iki həftə ərzində Bakıda keçirilən tədbirdə bir daha təsdiqini tapdı. Elə dünyanın  Azərbaycana toplaşmasının özü də bir tarixi hadisə idi.  Həmçinin uğurla başa çatan COP29 tədbiri dünya diplomatiya tarixinə də ölkəmizin adını yazdı. Dövlətimizin başçısı, Prezident İlham Əliyev ötən ilin dekabrında bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan dərhal sonra keçirdiyi müşavirədə bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının növbəti böyük uğuru olacaq. Mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərara gəldikdə isə Prezident İlham Əliyev bildirdi ki, biz buna layiqik. 

    Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi. Ölkəmiz üçün hər bir hədəf növbəti uğurlara doğru gedən yolun başlanğıcı kimi dəyərləndirilərək onun reallığa çevrilməsi istiqamətində bütün zəruri addımlar atılır. Qlobal dünyanı narahat edən iqlim böhranının aradan qaldırılmasında məhz yaşıl enerjidən istifadənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, Azərbaycanın bu sahədə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfələri ilə diqqətdən kənarda qalmadığının şahidi olarıq. 

    Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi yaşıl enerjiyə uğurlu keçidə imkan yaradır. COP29 çərçivəsində keçirilən görüşlərdə, aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, ölkələrin çoxunun, xüsusən də inkişaf etməkdə olanların yaşıl enerjiyə keçidinə mane olan əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Bu səbəbdən yaşıl enerji siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduqları məqamlardan biri müvafiq sərmayələrin cəlb olunmasıdır. Bu sahədə nümunə olan ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır və proses yüksək intensivliklə davam edir. Artıq xarici investisiyalar hesabına Azərbaycanda yaşıl enerji istehsalında mühüm nailiyyətlər əldə olunub. Fəaliyyətini uğurla davam etdirən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa olunmuş 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyası bunun ən yaxşı nümunələrindən biridir. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. 

    Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qeyd edildiyi kimi, Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı. Azərbaycan Prezidenti İlham Əliyev COP29-un inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı bəyan etdi ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. 

    Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair Bəyanat da yaydı. Həmin sənəddə Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçildiyi xüsusi vurğulanır. COP29 çərçivəsində Liderlərin Sammitində əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulandı. COP Atəşkəs Çağırışı 132 ölkənin və 1200-dən çox təşkilatın dəstəyini qazandı.  ABŞ Prezidenti Co Bayden təbrik bəyanatında bildirdi ki, bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. 

            
      

              
    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:03 Masallı Rayon Ağsaqqallar Şurasının sədri və fəalları Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət ediblər
    2. 17:54 Masallıda narkomanlığa qarşı mübarizə ilə bağlı 26 noyabr 2026-cı il tarixli maarifləndirici tədbir
    3. 17:52 Masallı Rayon İcra Hakimiyyətində 26.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 17:49 Masallıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş tədbir keçirilib
    5. 14:52 Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi
    6. 09:47 25 Noyabr - Kəlbəcər Şəhəri Günü
    7. 09:46 Kəlbəcərin azadlığı Azərbaycanın siyasi iradəsinin və dövlət suverenliyinin təntənəsidir
    8. 11:07 Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    9. 11:04 Rayonun Kəlbəhüseynli kəndində şəhid Ziya Gözəlovun şəhadətinin 6-cı ildönümü anıldı
    10. 09:11 Azərbaycan - Vyetnam münasibətləri
    11. 09:09 21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı
    12. 09:05 Ağdam – Qarabağın dirçəliş və qayıdış rəmzi
    13. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı ədliyyə işçilərini qəbul edib
    14. 23:18 Masallıda mülki müdafiə sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    15. 23:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 20:30 Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi
    17. 20:27 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2026
    18. 20:22 Rayon rəhbəri 18 noyabr 2026-cı il tarixdə Türkoba kəndində səyyar qəbul keçirib
    19. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib
    20. 13:34 Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
    21. 12:55 Köhnə kişi
    22. 19:56 Azərbaycan–Böyük Britaniya əlaqələri: qarşılıqlı etimad və ortaq maraqlar
    23. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    24. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    25. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    26. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    27. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    30. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    32. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    33. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    36. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    38. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    39. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ