20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
- Bu gün, 16:11
- Maraqlı
- 0
- 6

20 Sentyabr – Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, milli qürurumuzu və tarixi yaddaşımızı təcəssüm etdirən əlamətdar gündür.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Qarabağın ayrılmaz hissəsi, xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsidir. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində bərpası ölkəmizin müasir tarixində yeni mərhələnin əsasını qoydu.
Bu əlamətdar tarix xalqımızın birliyini, dövlətimizin gücünü və milli iradəsini ifadə etməklə yanaşı, Qarabağda yeni həyatın başlanğıcını simvolizə edir.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yaşayış məntəqələri yenidən qurulur, sosial infrastruktur yaradılır və Böyük Qayıdış prosesi davam etdirilir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin inkişafı, bu torpaqlarda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü mübarək! Qarabağımız daim inkişaf etsin, Azərbaycanımızın suverenliyi və ərazi bütövlüyü əbədi olsun!





























