Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti

    Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti


                 
    İki ölkə arasında qarşılıqlı əlaqələrin çox qədim kökləri vardır. Özbək və Azərbaycan xalqları yaxın milli adət və ənənələrə, ümumi dil qrupuna, mədəniyyətə daxildir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
                 
    Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
               
    21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. Ulu öndər bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Ulu öndər Heydər Əliyev  dövlət başçılarının birgə mətbuat konfransında da iştirak edib, onların şərəfinə təşkil olunmuş ziyafətdə nitq söyləyib və Özbəkistan Televiziyası müxbirinin suallarını cavablandırıb.
               
    18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Ulu öndər  Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”

    Ulu öndər Heydər Əliyevin uğurlu siyasətini Heydər Əliyevin layiqli davamçısı Möhtərəm prezidentimiz böyük uğurla davam etdirir.Cənab  İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini və inkişaf etməsini şərtləndirir.
                 
    Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub və bundan sonrada davam edəcəkdir.

     

    Çingiz Qurbanov,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    2. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    3. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    4. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    5. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    6. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    7. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    8. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    9. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    10. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    11. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    12. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    13. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    14. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    15. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    16. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    17. 16:03 Dövlət Suverenliyi Gününü
    18. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    19. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    20. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    21. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    22. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    23. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    24. 12:13 Filosofun 50 illik hesabat dərsi
    25. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    26. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    27. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    28. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    29. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    30. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    31. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    32. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    33. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    34. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    35. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    36. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    37. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    38. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    39. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    40. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ