Həmişə xatırlanan insan Aydın Əliquluyev – 80  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Həmişə xatırlanan insan Aydın Əliquluyev – 80 

    Həmişə xatırlanan insan Aydın Əliquluyev – 80 


    Mahmudavar məzarlıgında rayon ictimaiyyətinin qəlbində gözəl insan, tanınmış ziyalı, istedadlı yazar, pedaqoji sahədə sözünü deyən bir insan uyuyur. Sümbül bığlı, gülər üzlü, uca boylu, asta yerişli Aydın müəllim bu gün də insanların qəlbində o boyda, o buxunda, o yerişdə xatırlanır. Həmişə məzarlığa gələndə o nurlu insanın qara mərmərdəki əksinə baxıb köks ötürürəm. Ruhun şad olsun, Aydın müəllim! Allah sənə rəhmət eləsin! Sonra 2008-ci il 19 noyabr tarixli “Yeni həyat” qəzetində dərc etdiyin özünlə müsahibəni xatırlayıram. Ömür yolun barədə, həyat etirafların, dostların haqqında maraqlı fikirlərin oxucuya insanlıq dərsləri aşılayır. İstər-istəməz pıçıldayırsan: Heyif səndən, Aydın müəllim, həyatdan tez köçdün. Bilmirəm, dünyadan küsdün, dostlardan incidin deyəsən. 67 il yaşadın. “İkinci görüş” kitabın yenicə çapdan çıxmışdı. Mənə dönə-dönə tapşırdın ki,  kitabı dostlara, sənə hörmət bəsləyənlərə paylayım. Çox mətləblərə aydınlıq gətirmişdin bu kitabdada. 

    Baban molla Məmmədəlinin Biləsuvardan Astaraya qədər ərazinin qazisi olması nəsil şəcərənizin qədim və tanınmışlığından xəbər verir. Atan Rəzzaq da uzun illər kənd sovetində katib işləyib. Özün Mahmudavar kənd tam orta məktəbində, Lənkəran Pedaqoji Texnikumunda, Pedaqoji Universitetdə, Bakı Ali Partiya Məktəbində 19 il təhsil almısan. Mən də bir neçə il şagird kimi qarşında oturmuşam. Ancaq həmin illərdə dövri mətbuatda imzalarına rast gələndə yəqin etmişdim ki, gec-tez ixtisasını dəyişəcəksən. Elə də oldu. Tezliklə rayon və ölkə mətbuatında istedadlı jurnalist kimi ad qazandın. SSRİ jurnalistlər ittifaqının üzvü seçildin.

    Özünlə müsahibədən:
    -Necə oldu pedaqoji işdən qəzetə keçdiniz?
    -Doğulduğum Mahmudavarda ziyalılar barmaqla sayılacaq qədər idi. Xalam oğlu İmran Əbilov nazir müavini idi. Şirvan Əbilov isə “Kommunist” qəzetində oçerk və zarisovkaları ilə oxucuların qəlbinə yol tapmışdı. 1965-ci ildə “Yeni həyat” qəzetinin davamçısı olan “Çağırış” qəzetində istedadlı yazarlar axtarırdılar. Mənim də ölkə mətbuatında xeyli yazım dərc olunmuşdu. Odur ki, 23 yaşımda məni Masallı rayon Partiya Komitəsinin orqanı olan “Çağırış”a dəvət etdilər. Burada ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində çalışdım. O vaxtlar partiya mətbuatında çalışmaq məharət, məsuliyyət tələb edirdi. Hər nöqtəsi, vergülü, materialların səviyyəsi, operativliyi yerində olmalı idi. Xırda siyasi bir səhv sənin işdən kənarlaşdırılmağınla bitirdi... 

    Jurnalistlərdən Nemət Nemətovu, Vaqif Hüseynovu, İbrahim İbrahimovu özünüzə ustad sayırdınız. Rayonda həmkarlar təşkilatının sədri olanda da ən çox sevdiyin yer “Yeni həyat” qəzetinin redaksiyası olardı. Əliboş gəlməzdin. Həmişə  maraqlı yazılarla gələrdin. Həmsöhbətlərin qəzetin əməkdaşları Əyyub Mehdiyev, Rəsul Rzayev, Həsənağa Əliyev olardı. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatçısı idin. Deyirdin ki, qəzetdə işlədiyin vaxtlarda bir çox yazarı bura cəlb edə bilmişdin. İmzaları b u gün də oxucuların yaddaşında olan Əhməd Səmədov, Zakir Abuşov, Həsən Əhədov, Ağabala Əliyev, Qiymət Bədəlova, Heybət Əhədov,  Şəmsəddin Əmiraslanov, Xanağa Əliyev... sənin köməyinlə qəzetin əsas yazarlarına çevrilmişdilər. 

    Sonda ailən barədə məlumatımız: Həyat yoldaşın tanınmış ziyalı, boradigahlı Cəbrayıl Məmmədovun qızı Adilə xanımla 4 övlad boya-başa çatdırmışsınız. Hamısı da ali təhsil alıb. Elmar və Ceyhun həkim, İradə rus dili, Yeganə isə ingilis dili müəllimidir. Hər biri ailəsi ilə xoşbəxtdir. Yəqin ruhuna əyandır ki, böyük oğlun Elmar da səninlə haqq dünyasındadır.

    Aydın müəllim, yazdıqlarım sənin qeydlərindir. Haqqında nə yazacağımı fikrimdə çox dolandırıram. Hansını yazım bilmirəm.

    Mənim fikrimcə Masallı jurnalist məktəbinin yaradıcılarından idin. Ömrünün sonuna kimi ölkənin mətbu orqanları, xüsusilə “Yeni həyat”  sizin üçün əziz və doğma oldu. Qəzetdəki mənsur şeirlərin oxucuları düşündürürdü. Hər bir yazında obyektiv fikirlərin, sadəlik, axıcılıq, dilin şirinliyi sizin əsl jurnalist olduğunuzu göstərirdi.
    Aydın müəllim dostcanlı, qohumcanlı idi. Bacısı oğlanları Xanağa və Nazim Əliyevlər, Sultanağa Səfərov deyirlər ki, həmişə bizi axtarar, qayğı göstərirdi. Problemlərimizlə maraqlanardı. 

    Xanağa müəllim bu gün də deyir ki, rayonda əsl təbliğatçı kimi tanınmağımda dayımın böyük əməyi var. O, bacılarını sonsuz məhəbbətlə sevirdi. 

    Həyat öz axarı ilə gedir. Bir yandan boşalan, bir yandan dolan dünyaya kino lenti kimi baxırıq. Gedənləri xatırlayanda görürük ki, hər biri bir biçimdə, bir xarakterdədir. Aydın müəllim dostlarla bir yerdə olmağı çox sevirdi. Hüseynbala Əhədov, Aydın Babayev, Əsədulla Kazımov, Ələşrəf Niftiyev, Şulduz ....., Əyyub Mehdiyevlə birlikdə olardı. Dünyasını dəyişənlər də var, onu xoş xatirələrlə ananlar da. Hər birinin dilində bu sözlər gəzir:
    -Aydın müəllim yaxşı pedaqoq, istedadlı yazar, sədaqətli və etibarlı dost, Vətənini sevən, tay-tuşluğa qiymət qoyan, həyatda izi qalan insan idi.

    Ömrünun son illərində onunla ən çox həmsöhbət olanlardan idim. Bir dəfə keçmişə qayıdıb mənim redaksiyada ilk partiya təşkilatı katibi olduğum illərdən  bir olay dedi:

    -Həsənağa, yadındadır partiya təşkilatı kimi redaksiyada məndən başqa bütün kommunistlərin hesabatını dinləyirdin. Bir dəfə redaktor İbrahim İbrahimov  bunu sənin nəzərinə çatdırdı. Dedin ki, Aydın Əliquliyev müəllimim olub. Şagird heç vaxt müəllimindən hesabat dinləyə bilməz. Bax, bunu həmişə xatırlayıram. 

    Sizə 80 yaşlı bir ziyalıdan söhbət açdım. Bilmirəm Aydın müəllimin 67 illik ömür yolundan sizə nələri çatdıra bildim. Onu bilirəm ki, əbədiyyətə qovuşduğu 13 ildə Aydın müəllim hamının qəlbində yaşayan insan, istedadlı jurnalistdir.

        


     HƏSƏNAĞA ƏLİYEV




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ