İlk sifarişini İngiltərədən alan qadın sahibkar: Bu işə 60 manatlıq büdcə ilə başlamışdım » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İlk sifarişini İngiltərədən alan qadın sahibkar: Bu işə 60 manatlıq büdcə ilə başlamışdım

    İlk sifarişini İngiltərədən alan qadın sahibkar: Bu işə 60 manatlıq büdcə ilə başlamışdım


    Xalqımızın qədim zamanlardan bəri məşğul olduğu sənət və peşə növlərindən biri də toxuculuqdur. Zəngin naxışlı, rəngarəng çeşidli əl işləri daim ustaların yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Müasir dövrümüzdə də bu sənət növü ilə məşğul olan bir çox həvəskar və peşəkar toxucu var.


    Gənc sahibkar Polşada ali təhsil alıb. Sonra doğulduğu Masallı rayonuna qayıdıb ki, burada yaşasın, iş qursun. Lakin bir sıra çətinliklərlə qarşılaşıb. Buna baxmayaraq, o, təslim olmayıb, arzuları uğrunda mübarizə apararaq, Masallı qadınlarını işlə təmin edəcək sosial sahibkarlıq layihəsi yarada bilib. Beləliklə, Kifayət Talıbzadə 2019-cu ildə kənd yerlərində işsiz qadınları işlə təmin etmək üçün "AzərCorab" sosial sahibkarlıq layihəsini təsis edib və dörd qadınla corab toxumaq işinə başlayıb.


    “Həmişə rayon qadınlarına fikir verirdim. Onların əsasən, ev işləri, evdən çölə çıxa bilməmələri məni narahat edirdi. Həmin xanımlarla söhbət edəndə onların iqtisadi və sosial cəhətdən sıxıldığını anlayırdım. Düşünürdüm ki, belə xanımları cəlb edə bilmək üçün bir iş qurmalıyam. Əvvəlcə araşdırma apardım, Masallıda toxucular tapdım, sap aldım və birlikdə corab toxumağa başladıq. Beləliklə bu işi qurandan sonra evdar xanımlara kiçik də olsa köməyim dəydi. Bu işə 60 manatlıq büdcə ilə başlamışdım. İcmanın xanımları əvvəllər demək olar ki, bütün vaxtlarını evlərində keçirirdilər. İndi isə çölə çıxırlar, işləyirlər, sosiallaşırlar, bir-birinə kömək edirlər. Həm də tədris prosesində iştirak edir, ailələri üçün gəlir qazanırlar. Hazırda kollektivdə iyirmidən çox toxucu var və onların sayı hər ay artır” , - deyə Kifayət Talıbzadə bildirir.

    Kifayət və komandasının hazırladığı məhsullara tələbat da yüksək səviyyədədir. Çünki toxuma üsulu ilə hazırlanan əl işlərinin tərkibində heç bir kimyəvi qatqı yoxdur və təbii yundan hazırlanır. Qadın sahibkar deyir ki, gələcəkdə məhsullarını yerli və beynəlxalq sərgilərdə nümayiş etdirmək barədə düşünür və artıq bu istiqamətdə təkliflər də var. Hazırda müxtəlif formada corablar toxuyan xanımlar sifarişlər olduğu üçün kilim də toxumağa başlayıblar.


    “AzərCorab” ABŞ-dən Yeni Zelandiyaya qədər hər yerdə öz müştərilərinə evdə hazırlanmış corablar satır.

    “Sosial şəbəkə hesablarımızdan da sifarişlər qəbul edirik. İlk sifarişimiz İngiltərədən oldu. Necə sevinirdik, sanki yuxu idi. Yavaş-yavaş Fransadan, İtaliyadan, Almaniyadan, Amerikadan, Kanadadan corablarımızı almağa başladılar. Bəli, bu, Masallıda toxunmuş həmin corablardır. Əl işlərimizi Avropaya, Amerikaya göndəririk. Bu, möcüzə idi. Üstəlik, corabların içinə açıqcalar yerləşdiririk. Onun üzərində məhsulun haradan göndərildiyi, bizim kim olduğumuz və corabı kimin toxuduğu əks olunur”, - deyə həmsöhbətimiz əlavə edir.


    Onun sözlərinə görə, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində böyük potensial var. Xüsusilə, qadınlar bu sahədə özlərini inkişaf etdirməlidirlər: “Çalışırıq ki, fərqli geyim və əşyalar da toxuyaq. Bunun üçün dövlət dəstəyindən istifadə etmək istəyirik. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən yararlanmaq üçün müraciət etməyi planlaşdırırıq. İnanırıq ki, müsbət cavab alacağıq və layihəmizin böyüdülməsi, çətinliklərimizin həlli istiqamətində bizə dəstək verəcəklər”.

     
    İlk sifarişini İngiltərədən alan qadın sahibkar: Bu işə 60 manatlıq büdcə ilə başlamışdım









    İlkin Adıyev


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az



    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ