Gənclər yenidənqurma və inkişafın mərkəzindədirlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gənclər yenidənqurma və inkişafın mərkəzindədirlər

    Gənclər yenidənqurma və inkişafın mərkəzindədirlər


                 
     Bu gün dünyada cərəyan edən gərgin siyasi və ictimai proseslər fonunda bir sıra hökumətlərin siyasəti ucbatından xeyli sayda gənc qadın və kişiyə öz potensiallarını tam şəkildə realizə və inkişaf etdirmək imkanı verilməyib. Nəzərə alsaq ki, yeni dünya nizamında gənclər qlobal trendləri yaxından izləməklə yanaşı, mənfi maraq qruplarının təsir dairəsinə daha tez düşməyə meyillidirlər, o zaman bu işdə prioritet məsələ onlara bir çox yeni imkanların təklif edilməsi ilə bərabər, düzgün gənclər siyasətinin formalaşdırılmasıdır. Bu baxımdan da gənclər hər bir millətin ən dəyərli varlığı və sərmayəsidir desək, yanılmarıq. Gənclərin ehtiyacları böyük və aktual olmaqla yanaşı, onlar həm də yenidənqurma və inkişafın mərkəzindədirlər.
             
    1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qarşıda duran əsas məsələ görüləcək işlərlə bağlı vahid dövlət siyasətinin reallaşdırılmasının təmin edilməsi idi ki, bu baxımdan da ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Məhz bu addım ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək, çərçivə və istiqamət yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edən bir addım oldu.
               
     Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.
                Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bu günün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir. Mövcud fəlsəfənin daha da sağlamlaşdırılması, uğurla realizə edilməsi bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də Ulu Öndərimizin siyasətini layiqincə icra edən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.
                 
    Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub.
     
     Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü də məhz gənclərdir. Bu baxımdan ölkə gənclərinin potensialının üzə çıxarılması, fəallığının artırılması, hadisələrə fərqli baxış bucaqlarının gətirilməsini cəmiyyət üçün zəruri hesab edən Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da 2020-ci ilin Azərbaycanda “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzaladı. İndi könüllülər ordusu kimi böyük bir hərəkat formalaşıb ki, məhz onlar da müxtəlif sahələrdə çalışaraq bilik və bacarıqlarını daha da artırmaqla yanaşı, işlədikləri qurumlara yeni nəfəs, gənc ovqat gətirir, bir digər tərəfdən də uğurlu gələcəklərini könüllülük fəaliyyəti ilə təmin edirlər.
             
    Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.  Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.



    Oqtay Mütəllimov,
    Masallı Rayonu




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:46 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və mənəvi irsimizin rəmzi
    2. 08:47 Azərbaycan prezidetinə yazırlar
    3. 08:44 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:42 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:40 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:39 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:37 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:19 Masallıda rayon rəhbəri növbəti dəfə ucqar dağlıq relyefdə olan Köhnə Zuvand kəndində olub
    9. 11:05 Masallı Rayon İcra Hakimiyyəti başçsının 30.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    10. 16:51 Elan
    11. 15:21 Masallıda kartof və taxıl yığımının yekunları, növbəti əkin mövsümü qarşısında duran vəzifələr müzakirə olunub
    12. 12:10 Masallıda 2026-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    13. 09:58 XALQI XALQ EDƏN, MİLLƏTİ MİLLƏT EDƏN ONUN ANA DİLİDİR
    14. 11:17 Təbrik edirik!
    15. 16:42 Rayon rəhbəri Təklə ərazisində şəhid məzarlarını ziyarət etdi 24.07.2026
    16. 16:38 Rayon rəhbəri 24 iyul 2026-cı il tarixdə Masallı rayonunun Mollahəsənli kəndində səyyar qəbul keçirib
    17. 12:33 Rayon rəhbəri "RobotChallenge Azerbaijan 2026”da uğur qazanan qaliblərlə görüşdü
    18. 12:31 Masallı Rayon İcra Hakimiyyəti başçsının 23.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    19. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    20. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    21. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    22. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    23. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    24. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    25. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    26. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    27. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    28. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    29. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    30. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    31. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    32. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    33. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    34. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    35. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    36. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    37. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    38. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    39. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    40. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    «    Avqust 2026    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    DÜNYA XƏBƏRLƏRİ