Главная > Maraqlı > Novruz-Azərbaycan xalqının milli bayramıdır
Novruz-Azərbaycan xalqının milli bayramıdır17-03-2024, 16:30. Разместил: admin44 |
Hər bir xalqın həyatında, məişətində coxlu bayramlar vardır.Bu bayramların arasında biri öz mərasimlərinin, ayinlərinin, tamaşa və oyun-ayinlərinin zənginliyi ilə seçilir, sevilir, məşhur olur.Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının elliklə kecirdiyi belə bir bayram Novruz bayramıdır.Ulu əcdadlarımızın ibtidai çağlara məxsus ilkin dünya düyümü və arxaik mifoloji inanclardan qaynaqlanan yeni günü--yazı qarşılama mərasimi tarixi təkamül prosesi nəticəsində çox zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına--Novruza çevrilmişdir.Elə bu baxımdan Novruz təkcə bir nəçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim muddətini öz ətrafinda cəmləşdirən təntənəli mərasim kompileksidir. Novruzqabağı qeyd olunan 4 ilaxır cərşənbənin birincisi müxtəlif adla -,,Əzəl çərşənbə", ,,Toz çərşənbəsi", ,,Yel çərşenbəsi",ikincisi,,Su çərşənbəsi", ,,Külək çərşənbəsi",ücüncüsü ,,Torpaq çərşənbəsi". “Yer çərşənbəsi" kimi müxtəlif adlarla adlansalar da, ilin sonuncu çərşənbəsi Azərbaycanın hər yerində yalnız ,,İlaxır çərşənbə"kimi tanınır.İlaxır çərşənbə daha təmtəraqlı olması ilə əvvəlki çərşənbələrdən fərqlənir. İlaxır çərşənbədə hər ev, ailə, tonqal yandırmalıdır. Həm də bu tonqalda yandırılan çır-çırpının içində tikanlı kol da olmalıdır.İnama görə oda yaxınlaşıb onu söndürmək istəyən şər qüvvələr tonqala atilmiş tikanlardan qorxurlar.Ailənin bütün üzvləri yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin his-pasından, ağrı-acısından xilas olmalıdır: Ağırlığım, uğurluğum Tökülsün, bu odda yansın... İlaxır çərşənbənin ən maraqlı ayinlərindən biri də qulaq asmaqdır.Hava qaralandan sonra niyyət tutub qulaqlarını əlləri ilə qapayan kimsə,qonşuların qapılarına gedir.Xəlvətcə içərdə danışılan söz-söhbətə qulaq asır və eşitdiyi ilk sözləri ürəyindəki niyyətə yozur.Əgər niyyətdə eşitdiyi sözlər arasında uyğunluq varsa,onda onun arzu və istəyi həyata keçəcək.Xalq arasında bu ayin ,,Qulaq falı"adlanır.İlaxır cərsənbə ayinlərindən biri də ,,Ağac qorxutma"adlanır. İlaxır çərşənbə və Novruz süfrəsində əsasən yeddi adda nemət olmalıdır:Su, Süd, Səməni, səbzə, sumaq, sim(Balıq), sünbül.Bu adları göstərilənlər Azərbaycanın hər yerində bu cür olmur.Novruz bayramı axşamında süfrəyə köhnə ilin tamam olması və təzə ilin başlaması şərəfinə bu bayramla bağlı bişirilmiş nə varsa,hamısından düzülür.Evdəkilərin sayı qədər şam yandırılır,nemətlərlə dolu xonça qoyulur, boyanmış bişmiş yumurta, baharın rəmzi səməni və s.Cəhd olunur ki, süfrənin künc tərəfində heç kim oturmasın. Novruz bayramı günündən yaxın adamlar,qohum-qardaşlar ilin-günün yeniləşməsi ilə bağlı bir-birinə bayram gözaydınlığına gəlirlər.El adətinə görə ailənin azyaşlı üzvləri yuxari yaşlıların əllərinə gülab səpərək təbrik edirlər.Onlar da öz növbəsində azyaşlılara pul və ya bayram payı verirlər.Sonra qohumlar və dostlar, xəstələr ziyarət olunur. Bayramlaşmaya əliboş gedilməz. Sözsüz ki, Novruz bayramı ilə bağli xalq inanclarını,duyumlarını kiçik bir bir məqalədə heç də tam əhatə etmək mümkün deyildir.Novruz bayramı xalqımızın böyuk ehtiramla qeyd etdiyi təsərrufat məzmunlu yaz bayramıdır. Bu bayramın xalqımızın mənəvi varlığında güclu rolunu yüksək qiymətləndirən böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi kimi, ,, ...Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub,Azərbaycan xalqının milli ruhunu və yaddaşını ,onun daxili aləmini bütün zənginliyi ilə yaşadir”. 2009-cu ilin sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahisinə daxil edilmişdir,2010-cu ilin 23fevralindan isə BMT Baş Assambleyasinin 64-cu sesiyasinin iclasinda 21 mart,Beynəlxalq Novruz günü"elan edilmişdir.Novruz bayramı artıq ümumi bəşəri bayrama çevrilmişdir. BAYRAMINIZ MÜBARƏK OLSUN! Mürvət Abbasov Masallı şəhəri “Dəfinə” məktəb-liseyin müəllimi, tarix üzrə fəlsəfə doktoru "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |