Məqsədyönlü siyasət, uğurlu nümunə » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məqsədyönlü siyasət, uğurlu nümunə

    Məqsədyönlü siyasət, uğurlu nümunə



    Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

    Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib. 
    Həqiqət budur ki,bu gün Azərbaycan Prezidentinin fədakar xidmətinin nəticəsində ölkəmiz bəşəriyyətin gələcəyinə böyük töhfələr verir. 

    Ölkələrin, cəmiyyətlərin bir araya gəlməsinə, tanınmış dövlət xadimləri, alimlər, dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına xüsusi ehtiyac olduğunu görən Azərbaycan 2011-ci ildən indiyə qədər bu qəbildən 5 belə foruma evsahibliyi edib. Həmin il keçirilmiş ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ardınca bu tədbir ölkəmizdə 2013, 2015, 2017 və 2019-cu illərdə uğurla baş tutub. Tədbirlərə ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad mənbəyi kimi çıxış edib. 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş "Bakı Prosesi" çərçivəsində müntəzəm şəkildə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sırf mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə keçirilən, ötən illər ərzində qlobal çevrədə çox böyük nüfuz qazanmış yeganə platformadır.

    Azərbaycan Respublikasının Prezidenti bu cür forumların təşkili məqsədini belə izah edir: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.

    ...Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm də bəlkə başqa ölkələr üçün maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir təcrübədir və "Bakı Prosesi"nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik". VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanı bəşəriyyətin gələcəyi naminə ali məqsədlərinə daha bir addım yaxınlaşdıracaq. 
    Forumun gündəliyi də kifayət qədər zəngindir və müasir dünyamızın çağırışlarını əks etdirir. Üç gün davam edəcək forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. İştirakçılar müvafiq formatlar çərçivəsində "Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət" mövzusunu müzakirə edəcəklər. Eləcə də "Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq" məsələsinə diqqət yönələcək. "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" də forumun əsas mövzularıdır. Həmçinin "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" mövzusu müzakirə olunur. Daha bir mövzu isə "Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu"dur. "Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar", "Süni intellekt - təhdid, yoxsa imkan?", "Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru", "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzuları da forumun gündəliyinə daxildir. 

    VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox ölkəsindən 700 mötəbər qonaq iştirak edir. Hər silsilə tədbirdə iştirakçı sayının getdikcə artması bu platformanın beynəlxalq nüfuzunun yüksəlməsindən, qlobal çevrədə daha geniş tanınmasından xəbər verir. İştirakçılar müxtəlif ölkələrin yüksəksəviyyəli dövlət xadimlərindən, parlament rəhbərlərindən, dini liderlərindən, alimlərindən, jurnalistlərindən, ayrı-ayrı etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarətdir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də planlaşdırılıb. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi torpaqlarımızın azadlığından sonra Azərbaycanda ilk dəfə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilklərindən olacaq. 

    Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma formalaşdırmaq imkanıdır. Beləliklə, coğrafi baxımdan Qərblə Şərqin təmas məkanında yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq ideyasının da reallaşdırıldığı qlobal mərkəzə çevrilib. Ölkəmiz mədəniyyətlər arasında dialoq ideyasının özünü doğrultması üçün müvafiq yollar tapır, bütün mümkün vasitələrin dəyərləndirilməsinə çalışır. 
    Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və bu, daha intensiv formalar kəsb edir. Azərbaycanın qazandığı nailiyyətlər bütün dünyada diqqətlə izlənir, təqdir olunur, başqa ölkələr və xalqlar üçün də uğurlu nümunə yaradır. 



    Seyfəddin ƏLİYEV, 
    YAP Masallı Rayon Təşkilatının sədri.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    2. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    3. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    4. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    5. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    6. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    8. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    9. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    10. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    11. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    12. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    15. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    17. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    18. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    19. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    20. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    21. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    22. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    23. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    24. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    26. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    27. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    29. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    31. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    32. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    34. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    35. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    36. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    37. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    38. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    39. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    40. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ