Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu sahədə ən uca zirvələri fəth edən sənətkarlardandır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu sahədə ən uca zirvələri fəth edən sənətkarlardandır

    Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu sahədə ən uca zirvələri fəth edən sənətkarlardandır


    Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir.Bu sözləri Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.
             
    Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib: "Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılır".
             
    Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu sahədə ən uca zirvələri fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirən, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən Türk şeirinə misilsiz xidmətlər göstərib.
             
    1972-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib və yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılıb: “2021-ci ildə isə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulub ki, sentyabrın 30-da həmin abidənin açılışı olub. Heç şübhəsiz ki, Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması onun xatirəsinə olan hörmətin, aşıq sənətinə olan diqqətin və tarixi Qərbi Azərbaycan torpaqlarına bağlılığın göstəricisidir. Çünki Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb, yaradıb, lakin ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Onun 97 yaşı olarkən, 1918-ci ildə erməni vandalları azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Bu isə XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası kimi tarixə düşüb. Həmin hadisələrdən sonra Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcər rayonuna, daha sonra isə Tərtərə köçüb. Amma bütün təhlükələrə baxmayaraq, o, təqribən 3 ildən sonra öz doğma Ağkilsə kəndinə qayıdıb və 1926-cı ildə vəfat edib.
             
    Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqının tarixi abidələrinin, görkəmli şəxsiyyətlərin büstlərinin, eləcə də məscidlərin, sarayların, qəbiristanlıqların erməni vandalları tərəfindən dağıdılması hər kəsə bəllidir və çox təəssüflər olsun ki, əsrlər boyu dünyanın gözü qarşısında xalqımıza qarşı bu cür vəhşiliklər törədilsə də, susqunluqla müşahidə edilib.
               
    Erməni vandalları azərbaycanlıların üçüncü dəfə Qərbi Azərbaycan torpaqlarından deportasiyası zamanı Aşıq Ələsgərin Ağkilsədəki abidəsini də dağıdıblar: “Prezident İlham Əliyevin Aşıq Ələsgərin Bakıda abidəsinin açılışı zamanı çıxışında bildirdiyi kimi, gün gələcək Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsi də bərpa ediləcək, Ağkilsə kəndində də açılış mərasimi keçiriləcək. Şübhə yoxdur ki, bir əsr ərzində 3 dəfə etnik təmizləməyə və deportasiyaya məruz qalmış xalqımız tarixi Qərbi Azərbaycan torpaqlarına da böyük qayıdış günlərini yaşayacaq. Necə ki, bu gün Azərbaycan xalqının əyilməz ruhu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görünür.

                     


         

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    2. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    4. 12:10 YENİ KİTABLAR         
    5. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    6. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    7. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    8. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    9. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    10. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    11. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    12. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    13. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    14. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    15. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    17. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    18. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    19. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    20. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    21. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    22. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    23. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    24. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    25. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 09:32 Nadir Ağayevin xatirə turnirində
    28. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    29. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    30. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    31. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    32. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    33. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    34. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    35. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    36. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    37. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    38. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    40. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ