• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Sən yadıma düşəndə...

    Sən yadıma düşəndə...

    Sən yadıma düşəndə...



    Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 80 il ötür



    Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil:


      

    “Sən yadıma düşəndə”
    (Musiqisi Elza İbrahimovanın, sözləri Dəmir Gədəbəylinindir)

    Gül açar, dünya gülər, aləmə nur səpilər,
    Sən yadıma düşəndə.
    Gül açar, dünya gülər, aləmə nur səpilər,
    Sən yadıma düşəndə.
     Gecə olsa, gecə olsa ay çıxar, ay çıxar,
    Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.
    Gecə olsa, gecə olsa ay çıxar, ay çıxar,
    Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.
     Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
    Bir dünyamı qovuşar, dünyamı qovuşar
    Sevinc dolu yüz dünya.
    Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
    Bir dünyamı qovuşar, dünyamı qovuşar
    Sevinc dolu yüz dünya.
     Kaş, əlim sənə çata, kaş, ünüm sənə yetə,
    Sən yadıma düşəndə.
    Kaş, əlim sənə çata, kaş, ünüm sənə yetə,
    Sən yadıma düşəndə.
     Mən təzədən, mən təzədən gələrəm, gələrəm
    Sevmək üçün həyata, sevmək üçün həyata.
    Mən təzədən, mən təzədən gələrəm, gələrəm
    Sevmək üçün həyata, sevmək üçün həyata.
     Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
    Bir dünyamı qovuşar, dünyamı qovuşar
    Sevinc dolu yüz dünya.
    Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
    Bir dünyamı qovuşar, dünyamı qovuşar
    Sevinc dolu yüz dünya.
     Mən təzədən, mən təzədən gələrəm, gələrəm
    Sevmək üçün həyata, sevmək üçün həyata.
    Mən təzədən, mən təzədən gələrəm, gələrəm
    Sevmək üçün həyata, sevmək üçün həyata.
     Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
    Bir dünyamı qovuşar, dünyamı qovuşar
    Sevinc dolu yüz dünya.
    Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
    Bir dünyamı qovuşar, dünyamı qovuşar
    Sevinc dolu yüz dünya.
     

     

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən bu il anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək tanınmış bəstəkar, Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimova bu cür xoşbəxt sənətkarlardandır.
    1938-ci ildə Hacıqabulda dünyaya göz açmış Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
    Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.
    “Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən, muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir.
    Elza İbrahimovanın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.
    Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.
    Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir. 
    Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.
    Onun mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq Şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.
    Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı ölməz sənətkarımız Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tanıdıb və sevdirib.
    Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə mahnılar bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdığı əsərlər, bəlkə də, on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi bəstələdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.
    Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Bundan başqa, sənətkar Dağıstanın Xalq Artisti adına, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb. 2012-ci il fevralın 11-də 74 yaşında vəfat etmiş Elza İbrahimova İkinci Fəxri xiyabanda dəfn olunub.
    Bu gün istər yerli, istərsə də xarici televiziya və radio kanallarında müxtəlif musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.AZƏRTAC
      
      
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    2. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    4. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    5. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    6. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    7. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    8. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    10. 12:28 Vətənə xidmətdə keçən ömür
    11. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    18. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    20. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    22. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    23. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    24. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    25. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    26. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    27. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    28. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    29. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    30. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    31. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    32. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    35. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    38. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    39. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    40. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ