Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib

Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.
Sonra Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin Bağırov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Saloğlu” firmasının direktoru Tacəddin Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Muğan Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəcəb Orucov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, “Hacıqabul Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nemət Babaşov çıxış etdilər.
Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.