• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu

    Ərkivan ərazisində səyyar görüş-qəbul 

    Yanvarın 15-də Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Ərkivan ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 480-ə yaxın qəsəbə sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Ərkivan qəsəbəsi rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 18140 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə 2019-cu ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Qəsəbə sakinlərindən Nərmin Eyvazova, Seyidağa Əliyev, Ramin Həsənov, Ətlas Şahverdiyeva, Səadət Yusifova, Valeh Səmədov, Balayar İbayev, Adil Abdullayev, Mənijə Yəhyayeva, Əlihəsən Hüseynov və başqaları uçaqların təhsili, iş, ünvanlı sosial yardım, pensiya məsələsi, tibb məntəqəsinin işi, ev təmiri, piyada keçidlərinin zolaqlı xəttinin təzədən rənglənməsi, qonşulararası gediş-gəliş yolunun açılması, dövlət torpaq aktı və şəxsiyyəti təsdiq edən digər sənədlərin bərpası və sair məsələləri gündəmə gətirmişlər.


    Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.
     
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    2. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    4. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    5. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    6. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    7. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    8. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    10. 12:28 Vətənə xidmətdə keçən ömür
    11. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    18. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    20. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    22. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    23. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    24. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    25. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    26. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    27. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    28. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    29. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    30. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    31. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    32. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    35. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    38. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    39. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    40. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ