Masallı MKTBİ-yə yeni rəis təyin olundu
- 4-09-2020, 13:24
- Siyasət
- 0
- 1 282

Masallı rayon İcra hakimiyyəti başçısının müvafiq əmri ilə Nazim Abusət oğlu Muradov Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Qeyd edək ki, N. Muradov 1973-cü ildə Masallı rayon Güllütəpə kəndində anadan olmuşdur. 1990-cı ildə Güllütəpə kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat, İnformatika və hesablama texnikası fakultəsini və Azərbaycan Dövlər İqtisad Universitetinin Maliyyə fakultəsini bitirmişdir.
1995-2003-cü illərdə Masallı rayon Yeni Zuvand kənd orta məktəbində müəllim, 2003-2012-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayənəsi, 2012-2015-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində müdir müavini, 2015-2016-cı illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2016-2017-ci illərdə həmin şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, 2017-ci ildən hal-hazıradək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvdür.
Ailəlidir, 2 övladı var.
“Yeni həyat”,
www.yeniheyet.az