• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

    Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

    Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir
     
    Artıq hamıya bəllidir ki, 44 günlük Vətən müharibsəində Azərbaycanın uğurlu əks-hücum əməliyyatları bu gün dünyanın qabaqcıl ölkələri tərəfindən diqqətlə araşdırılır, tədqiq olunur. Bu gün isə Azərbaycan həmin iradə və əzmlə azad olunmuş ərazilərin abadlaşdırılmasını aparır. Bu proses kifayət qədər effektli və sürətlə keçirilir. Qabaqcıl ölkələr Azərbaycanın apardığı sürətli quruculuq bərpa işlərini də yaxından izləməli, öyrənməlidir.
    Ermənistanın kapitulyasiya aktına imza atmasından artıq 9 ay keçir, bu ayrlar ərzində azad olunmuş əraizlərdə elə bir yer qalmayıb ki, orada bərpa və quruculuqla bağlı işlər aparılmasın.
    "Füzuli" Beynəlxalq hava limanınında artıq radiotexniki vasitələrin hazırlığı yoxlanılır. 30 ilə yaxın işğal dövründə Füzulidə bir ağac belə əkməyən ermənilər indi orada hava limanının inşasına həsədlə baxırlar...
    Qarabağda inşası sürətlə davam etdirilən "Ağıllı kənd", "Ağıllı şəhər, Laçında və Zəngilanda hava limanları, düz yollar, abadlaşdırılan tarixi, dini abidələr və yüzlərlə digər təyinatlı obyektlər Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Bunu səciyyələndirən əsas amil isə ölkədə aparılan düzgün iqtisadi siyasətdir ki, bu gün həmin kurs öz bəhrəsini verir. Dünyanın pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda Azərbaycan bu genişlikdə quruculuq işləri aparır, Qarabağı qarış-qarış bərpa edir.
    Dünya birliyi, erməni havadarları, çox zaman Azərbaycan həqiqətlərinə, haqq səsinə məhəl qoymayanlar 30 illik işğal dövründə erməni vəhşilyini görməzdən gəldilər, Azərbaycana qarşı qərarlar qəbul etdilər. İndi gəlib görsünlər ki, Azərbaycan Qarabağı necə cənnətə çevirir, Azərbaycan Prezidenti regionda necə sülhü bərqərar edir.
    Azərbaycana səfər edən diplomatik korpus nüməyəndələri bu reallıqları öz gözləri ilə görür - bir tərəfdə Ermənistanın xarabazara çevirdiyi Qarabağ, bir tərəfdə də Azərbaycanın sürətlə bərpa etdiyi Qarabağ.
    Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim "BBC" radiosuna müsahibəsində Azərbaycana səfərindən danışarkən bildirib ki, hazırda Cənubi Qafqaz bölgəsində gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir. Britaniyalı siyasətçi Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində böyük dağıntıların, ətraf mühit problemlərinin olduğuna, Zəngilan ərazisindən keçən Oxçuçayın zəhərli tullantılarla çirkləndirildiyinə, belə problemlərin qlobal ekoloji proseslərə təsirinə diqqəti cəlb edib.
    Bəli, beynəlxalq ictimaiyyət bu işlərə öz töhfəsini verməlidir, amma bu töhfə olsa da, olmasa da, Azərbaycan öz quruculuq işlərini sürətlə yerinə yetirəcək, hər bir vətəndaşının öz doğma torpaqlarına qayıtmasını təmin edəcək. Azərbaycanlıların doğma torpaqları isə yalnız azad olunmuş ərazilərlə sərhədlərnmir, Basarkeçər, Arazdəyən də azərbaycanlıların doğma, tarixi dədə-baba torpaqlarıdır. Oradan da azərbaycanlılar zorla qovulub, o ərazilərə də qayıtmaq bizim doğma haqqımızdır.
    Politoloq İlyas Hüseynov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetləri müəyyənləşdirdi. Bu, həm tarixə, eyni zamanda, gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda vətəndaşlarımızın yaşaması tarixi ədalətə söykənməklə yanaşı, həm də vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar...

    Mikayıl Əliyev,
     Masallı rayonuшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ