• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda səyyar qəbul-görüşlər səmərəli keçir

    Masallıda səyyar qəbul-görüşlər səmərəli keçir


    Prezident İlham Əliyevin vətəndaşlarla və ayrı-ayrı sahələrin təmsilçiləri ilə keçirdiyi görüşlər xalq–iqtidar birliyi baxımından daim özünü doğruldur. Birbaşa ünsiyyət əhalinin dövlətə inamını və etimadını daha da artırır.

    Dövlət başçısının ali nümunəsi sayəsində rayon icra hakimiyyəti orqan­ları rəhbərləri də yerlərdə vətəndaşların səyyar qəbullarını son vaxtlar xeyli intensivləşdiriblər. Masallıda da bu yöndə aparılan işlər diqqətəlayiqdir. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov tez-tez kəndlərə gedərək mövcud vəziyyətlə tanış olur, camaata kömək məqsədilə konkret əməli tədbirlər görülməsini təmin edir. Yerli icra orqanının cari və perspektiv fəaliyyət planları müəyyənləşdirilərkən əhalinin tələb və təkliflərinə beləcə mü­hüm önəm verilir. Bu ilin əvvəlindən ra­yonun bir çox yaşayış məntəqələrində, o cümlədən Təklə, Təzə Alvadı, Viləş, Mahmudavar, Həsənli və Öncəqala kəndlərində yaddaqalan görüşlər keçi­rilib.

    Bəzən elə olur ki, Şahin Məmmədov icra hakimiyyətinin binasında vətəndaşların qəbulunu keçirdikdən sonra elə həmin gün hansısa kəndə də sakinlərin görüşünə gedir. Məsələn, ötən həftə aparatda 70 nəfərin qəbulu ilə bərabər, Öncəqala kəndində də ana­loji tədbir olub. Görüşə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri də qatılıb və cari məsələlərin operativ həllinə kömək ediblər. Eyni gündə iki tədbirin təşkili bir qədər yoru­cu olsa da, sakinlər razı qalıblar.

    Həmin gün icra hakimiyyətinin bina­sındakı qəbulda sosial xarakterli bir sıra müraciətlər səslənib. Öncəqalada isə sakinlərindən Rafil Məmmədov, Aydınəli Qənbərov, Yunsur Məmmədov və baş­qaları suaparıcı kanalların təmizlənməsi üçün ekskovatorun verilməsi, mərasim evi tikilməsi üçün torpaq ayrılması, kənd tam orta məktəbinin istilik sisteminin mavi qaz xəttinə birləşdirilməsi, Viləş çayının Hüseynhacılı kəndindən keçən hissəsinin dərinləşdirilməsi, Hüseynha­cılı kəndində yeni salınmış məhəlləyə elektrik xəttinin çəkilməsi və s. məsələlər barədə müraciət ediblər. Bəzi məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb. Yeri gəlmişkən, bu yaxınlarda kəndin giriş alaqapısının yüksək zövqlə, maraqlı arxitektura üs­lubunda hazırlanması da təqdir olunub. Abidənin açılışında Şahin Məmmədov da iştirak edib.
    Ondan iki gün əvvəl rayon rəhbəri Həsənli kəndində sakinlərin səyyar qəbul-görüşünü keçirib. Vətəndaşlar kənd tam orta məktəbinin təmiri, uşaq bağçasının yeni binasının tikintisi, işlə təmin olunma, Həsənli – Köçəkli yoluna asfalt vurulması, əraziyə içməli su xəttinin çəkilməsi, tibb xidmətinin təşkili və s. məsələləri qaldırıblar. Şahin müəllim hər kəsi səbr və diqqətlə dinləyib, sualları cavablandırıb, məsələlərin həlli üzrə müvafiq qurumla­ra tapşırıqlar verib.

    Müsbət haldır ki, ayrı-ayrı idarə və təşkilatlar da rayonun kənd ərazilərində sosial-mədəni, iqtisadi inkişaf yönümlü tədbirlər keçirilməsini daim gündəmdə saxlayırlar. Bu yaxınlarda Viləş kəndində Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” yaradıcılıq layihəsinin cari ildə ilk tədbiri reallaşdırılıb. İdarənin rəisi Bəxtiyar Qılıncov layihə çərçivəsində kənd klublarında işin canlandırılması üzrə qarşıya qoyulmuş hədəflərdən danı­şıb. Rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova vurğulayıb ki, bu layihə yerlərdə gənclər arasında yaradıcılıq sahələrinə marağın artma­sına səbəb olacaq. İki şəhid anası Ziba Əsgərli isə tədbiri gənclərə qayğı kimi dəyərləndirib, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş övladlarından fəxrlə söz açıb. Qonaqlar və sakinlər N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi Viləş kənd klubunun təşkil etdiyi yaradıcılıq sərgisi və istedadlı gənclərin əl işləri ilə tanış olublar. Sonra rayon Mədəniyyət Mərkəzinin istedadlı sənətçiləri geniş konsert proqramı ilə çıxış ediblər. Mah­nılar və “Halay” folklor Xalq ansamblının ifasında milli rəqs nömrələri maraqla qarşılanıb.

    Rayon rəhbərliyinin əhali ilə təmasları hər kəsin ictimai fəallığını, doğma yurd üçün təəssübkeşlik hissini artırır. Bu yaz keçirilən iki genişəhatəli ümumrayon iməciliyi buna misal ola bilər. Masallı şəhərində, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində iməciliklərə xeyli adam çıxmışdı. İməcilklər zamanı 40 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ərazilər alaq otların­dan və məişət tullantılardan təmizlənib. Masallının idarə və müəssisələri, ərazi nümayəndəlikləri, bələdiyyələr və s. kollektivlər öhdələrindəki sahələrdə ideal səliqə-sahman yaradılmasına səy göstəriblər. İməciliklərə icra hakimiyyəti başçısı aparatının əməkdaşları da qa­tılıb, ağac əkib və texniki vasitələrin işə cəlb edilməsinə köməklik göstəriblər. “Təbiəti sevək, qoruyaq” adlı aksi­ya çərçivəsində Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə həmin kəndin yol kənarında 120 ədəd iynəyarpaqlı şam ağacı cərgə ilə əkilərək suvarı­lıb. RİH-in və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Köhnə Alvadı – Güllütəpə yolunun mühafizə zolağın­da ağacəkmə aksiyası keçirilib. İcra başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirakçılara şəxsi nümunə göstəriblər. Şəhid ailələri, könüllülər də iməciliyə fəal surətdə qatı­lıblar. Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində Köhnə Alvadı – Güllütəpə yolu boyunca 1050 ədəd şam və sərv ağacı tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib.
    Yerlərdə vətəndaşların fəal həyat mövqeyinə dair də çoxlu misallar çəkmək olar. Məsələn, sakinlərin təşəbbüsü ilə Sığdaş ərazi vahidinin Babakücə körpüsü və yollar əsaslı təmir edilib. Babakücə kəndinə gedən yolun giriş hissəsində olan körpü də, kəndin mərkəzi yolları da eləcə. Görüşlər zamanı qaldırılan məsələlər sayəsində Xırmandalı kəndində bütünlükdə köhnə elektrik dirəkləri və naqillərin yenidən qurulması həyata keçirilib, 1200-dən çox yeni elektirik dirəyi basdırılıb və ümumi uzunluğu 44 kilometr olan kabel çəkilib. Həsənli kəndində xeyriyyəçilərin vəsaiti ilə yollara qum-çınqıl tökülərək təmir olunub, kəndin məktəbə gedən 700 metrlik yoluna da qum-çınqıl tökülüb. Şərəfə ərazisinin Ağakişibəyli kəndinin mərkəzindən keçən 3 kilometr­lik, Qızılağac kəndindəki 1 kilometrlik yolun təmiri də üz ağardan işlərdəndir.

    Əlbəttə, bütün bunlar əhali ilə sıx ünsiyyətin, hər kəsə vətənpərvərlik hissi aşılanmasının nəticəsidir. Bəzi hallarda icra başçısının işinin çoxluğuna görə vətəndaşları onun birinci müavi­ni Məmmədhüseyn Hüseynov qəbul edir. Həssaslıq, yardımçılıq amalı və vətəndaş məmnunluğuna nail olmaq istəyi eynilə olduğu kimi davamlı xa­rakter daşıyır. Məqsəd odur ki, qəbullar heç zaman təxirə salınmasın, dialoqla­rın arası kəsilməsin və nəticədə konkret işlər reallaşdırılsın.

    Masallıda ağsaqqallarla, gənclərlə, idmançılarla da vaxtaşırı görüşlər ke­çirilir. “Rayon gözəlləşdikcə rəssamlar da bundan ilham alır, gözəl mənzərələri kətan üzərinə köçürürlər”. Bu fikir isə icra hakimiyyətinin başçısının 25 nəfərdən ibarət rəssamlar qrupu ilə görüşündə səslənib. Azərbaycan Rəssamlar İttifaqının üzvləri qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Masallı mənzərələri” və “Vətənpərvərlik etüdləri” adlanan silsilə rəsmləri hazırlamaqda məqsəd bölgələrimizi daha yaxından tanıtmaq və kənd turizminin inkişafına dəstək olmaqdır. Görüşdən sonra rəssamlar əsrarəngiz təbiət mənzərələrindən, abadlıq işlərindən ilhamlanaraq bir-birindən gözəl rəsm əsərlərinin eskizlərini yaradıblar.


    Əli NƏCƏFXANLI,


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    2. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    3. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    4. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    5. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    7. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    8. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    9. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    10. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    12. 11:31 Masallıda Qurban bayramı - 2025
    13. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    14. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    15. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    16. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    18. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    19. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    20. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    21. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    22. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    23. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    24. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    25. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    26. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    27. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    28. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    29. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    30. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    31. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    32. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    33. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    34. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    35. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    36. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    37. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    39. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    40. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ