• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rayon rəhbəri "Halay" folklor kollektivini qəbul edib

    Rayon rəhbəri "Halay" folklor kollektivini qəbul edib


    Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının sonuncu günündə səhnəyə ilk olaraq yerli regional folklor qrupları çıxıb. Konsertdə doğma Masallımızın Mahmudavar kənd folklor evinin “Halay” rəqs qrupu da çıxış edib. Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən 12 nəfərdən ibarət «Halay»çılar da dinləyicilərə yaddaqalan anlar bəxş ediblər. Bu münasibətlə 21 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında RİH başçısı cənab Şahin Məmmədov "Halay" folklor kollektivini görüşə dəvət edib, «Halay»ın uğurlarından söhbət açıb.

    Folklor ollektivi ilə görüşdə Şahin Məmmədov qeyd edib ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə Şuşanı ölkənin mədəniyyət paytaxtı, 2022-ci ili isə “Şuşa ili” elan etməsi hər bir azərbaycanlını sevindirən, qürurlandıran əlamətdar hadisələr olub. -Siz Masallının mədəniyyət fədakarlarısınız, — deyə müraciət edən icra başçısı «Halay» folklor mahnı və rəqs kollektivinin 1956-cı ildə, həvəskar mədəniyyət işçisi Ümbülbanu Cəbiyevanın təşəbbüsü ilə yaradıldığını qeyd edib, kollektivin səyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliğindən danışıb. Vətən bizimdir. Vətəni hamımız qorumalıyıq, müdafiə etməliyik. Ötən il festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk...
    Sonra  görüşdə iştirak edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və istedadlı müğənni Miriş Hüseynov ilk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalının uzun illərdən sonra bərpa edilməklə yanaşı, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildiyini bildiriblər. Əlbəttə ki, bizim «Halay» ansamblının may ayının 12-dən 14-dək davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalındakı çıxışı qürurvericidir, sevindiricidir. Ansamnblın veteranlar və gənclərdən ibarət 20 üzvü vardır. Onlar daim öz üzərində işləyir, məşqlər keçirir, doğma Azərbaycanımızı dünyaya tanıdırlar. «Halay»çılar dünyanın 40-a yaxın səhnəsində ölkəmizi təmsil etmişlər.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, «Halay»ın bir nümunəsi sayılan, rəhmətlik anası Ümbülbanı xanımın uğurlu yolunu davam etdirən ansablın rəhbəri Natəvan Əliyeva qəhrəman oğullarımızın azad etdiyi sıldırım qayalıqlı, yüksək zirvəli Cıdır düzündə, Şuşa şəhərində ikinci dəfə olduqlarını, oğlu İbrahimin də Vətən müharibəsində fədakar iştirakını, cəbhədə «Masallı rayonu, Mahmudavar kəndi» sözlərini yazdığını bildirib. Ansamblın rəhbəri Masallının rəhbərinə minnətdarlıq bildirib, bundan sonra da rayonun adını uca tutmağa söz verib.

    Axırda Masallı şəhərində ucaldılmış “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”nin «Dəmir yumruq» önündə xatirə şəkli çəkdirilib.






    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ