• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Prezidenti: Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, xalqa nə vəd vermişiksə, onu yerinə yetirmişik

    Azərbaycan Prezidenti: Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, xalqa nə vəd vermişiksə, onu yerinə yetirmişik



    “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 121-ci kitabı çapdan çıxıb.

    Çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin iyul-sentyabr aylarını əhatə edir.

    İyul ayı ölkəmizin həyatında, eyni zamanda, ilin birinci yarısında görülmüş işlərə yekun vurulması ilə əlamətdardır. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə daxili və xarici siyasətin uğurlu nəticələrindən bəhs edərək deyib: “Gələn il görüləcək işlər, əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzumuz da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın”.

    Yeni kitab Prezident İlham Əliyevin müşavirədəki nitqinin mətni ilə açılır.

    Dövlətimizin başçısının Türkiyəyə işgüzar səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla, eləcə də Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşlərinə, İslamiadanın açılışında iştirakına dair materiallar da bu nəşrdə toplanıb.

    Prezident İlham Əliyev iyul ayında Sumqayıtda Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin istifadəyə verilməsi mərasimlərində iştirak edib. Avqust ayında isə Qobustan, İsmayıllı və Ağsu rayonlarında olub. İsmayıllıda “Basqal Resort & SPA” hotelinin açılış mərasimində iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub, Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Bu səfərlərdən bəhs edən xəbərlər, eləcə də müsahibənin mətni yeni kitabda yer alıb.

    Oxucu bu kitabda Prezident İlham Əliyevin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə görüşü, “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi barədə materiallarla, habelə mətbuata bəyanatların mətni ilə tanış ola bilər.

    Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Dövlətimizin başçısına Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub, iki ölkə arasında sənədlər imzalanıb. Daha sonra prezidentlər mətbuata bəyanat veriblər. Bütün bunlarla yeni nəşrdə tanış olmaq mümkündür.

    Yeni kitaba dövlətimizin başçısının İtaliya Respublikasına işgüzar səfəri, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi barədə informasiyalar, dövlətimizin başçısının mərasimdəki çıxışının mətni də daxil edilib.




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az




    “Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 121-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ