• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev: Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir

    Prezident İlham Əliyev: Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir

    Prezident İlham Əliyev: Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir

    “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 49-cu kitabı çapdan çıxıb


    Biz istəyirik ki, dünyada müsbət meyillər, əməkdaşlıq, dostluq, qardaşlıq meyilləri güclənsin və burada din xadimlərinin çox böyük rolu vardır. Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi səviyyədə öyrənilməyib. Öyrənilərsə əminəm ki, bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər.

    AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 49-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2011-ci il dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı mərasimində çıxış edərkən söyləyib.

    Çoxcildliyin 49-cu kitabı Prezident İlham Əliyevin “Bakutel-2011” XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciətinin mətni ilə açılır.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 49-cu kitabına daxil olan materiallar 2011-ci ilin noyabrından 2012-ci ilin fevralınadək olan dövrü əhatə edir.

    Bu cilddə dövlətimizin başçısının Rusiya Federasiyasına, İsveçrəyə, Almaniyaya, Belçikaya işgüzar səfərlərinə, Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirakına, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, enerji və qeyri-neft sektoru üzrə bağlanmış müqavilə və sazişlərə dair materiallar toplanıb.

    Azərbaycan Prezidentinin Türkiyə, Gürcüstan, Rusiya, Meksika, ABŞ, Latviya, Monteneqro, Koreya, Fransa və digər dövlətlərin, BMT, NATO, Avropa Parlamenti, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu qurumların ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini, respublikamızın paytaxtında keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsi barədə materiallar da nəşrin bu cildində yer alıb. Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti diqqətə çatdırılır, regionun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək göstərilməsi üçün dünya ictimaiyyətinə çağırışlar edilir.

    Kitabda dövlətimizin başçısının Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, ordu quruculuğuna, regionların sosial inkişafına, cəmiyyətimizin demokratikləşdirilməsinə, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb. Həmçinin nəşrin bu cildinə Prezident İlham Əliyevin Sumqayıt və Gəncə şəhərlərinə, Ağcabədi, Goranboy və Qusar rayonlarına səfərlərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqləri daxil edilib.

    Nəşrdə Azərbaycan Prezidentinin mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə, o cümlədən “Rossiya” Dövlət Telekanalının “Hakimiyyət formulu” verilişinə, İTAR-TASS agentliyinə (indiki TASS informasiya agentliyi) və “Rossiya-24” telekanalına müsahibələrinin mətnləri yer alıb.

    Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

    “Azərnəşr” tərəfindən buraxılan 49-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ