• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda konfrans

    Masallıda “Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda konfrans


    9 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda konfrans keçirilib.

    Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Masallı rayonundakı abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib.

    Konfransda təşkilatçı qurumların rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, dini icma üzvləri və din xadimləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Masallı RİH başçsının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova mövzunun aktuallığından bəhs edib.

    Tədbirdə çxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev insanların əsrlərboyu inanc və mədəniyyətlərinin təzahürü olan dini mərasimlərdən, onların etnik, dini köklərindən, tarixən formalaşma və şəkildəyişmə mərhələlərindən bəhs edib. Bildirib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varır ki, bu adətən məlumatsızlıq, xüsusilə dini savadsızlıqdan irəli gəlir. Dini mərasimlərin, kütləvi ayinlərin dini-siyasi məqsədlər üçün istifadə edilməsi halları da dünya praktikasında mövcuddur. Azərbaycanda dövlət-din münasibətlərinin dünyəvi prinsiplər əsasında qurulmasından bəhs edən sədr müavini dini mənsubiyyətindən asılı olmayaraq ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb.  Qeyd edib ki, bu tip mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan, kimisə iştiraka məcbur etmədən yerinə yetirilməlidir. S.Nağıyev onu da vurğulayıb ki, dini mərasimlər keçirilərkən ifrat hərəkətlərə və xurafata yol verilməməlidir.

    Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev dini mərasimlərin icrası zamanı baş verən neqativ təzahürlər və mənfi halların inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmasının məqsədəuyğun olmasından bəhs ediblər.

    Tədbir müzakirələrlə yekunlaşıb.






    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ