• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb

    Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb

    Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb

    Fevralın 7-də Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin təşkilatçılığı ilə Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin açılışı olub.
    Açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər.
    Dövlət Dumasının sədri Vyaçeslav Volodin mərasimdə çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti və bu günü ilə tanış olmağa imkan verən bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqları İkinci Dünya müharibəsində faşizmə qarşı birgə mübarizə aparıblar, bu gün də bizim dostluğumuz möhkəmlənir və inkişaf edir. Bu cür tədbirlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, mühüm aktual məsələlərin müzakirəsinə şərait yaradır. “Prezidentlərimiz İlham Əliyev və Vladimir Putin tərəfindən qəbul olunan qərarlar ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edir. Biz həmkarım Oqtay Əsədovla birlikdə əlaqələrimizin getdikcə inkişafı, bir-birimizi daha yaxşı anlamaq üçün qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinə şərait yaradacağıq”, - deyə V.Volodin vurğulayıb.
    Dövlət Dumasının sədri qeyd edib ki, Heydər Əliyev Fondunun təşkil etdiyi sərgi vasitəsilə rusiyalılar həm də Azərbaycanın görməli yerləri ilə tanış olacaq, bu ölkənin turizm imkanlarından istifadə edəcək, öz istirahətlərini burada keçirmək barədə düşünəcəklər.
    Milli Məclisin sədri Oqtay Əsədov sərginin təşkilatçılarına təşəkkürünü bildirərək qeyd edib ki, bu cür görüşlər və sərgilər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına kömək edəcək. Milli Məclisin sədri deyib: “Münasibətlərimizin inkişafında prezidentlər İlham Əliyev və Vladimir Putinin qarşılıqlı rəsmi səfərləri və görüşləri böyük rol oynayır. Bu səfərlər və görüşlər nəticəsində ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə daha da inkişaf edəcək. Rusiya Federasiyasına rəsmi səfərlərindən birində Prezident İlham Əliyev bildirib ki, əgər bütün dünyada münasibətlər Rusiya ilə Azərbaycan arasındakı münasibətlər kimi olsaydı, dünyada problem olmazdı. Zənnimcə, bu sözlər Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsini daha dolğun ifadə edir”.
    Azərbaycan parlamentinin sədri sərginin təşkili üçün yaradılmış şəraitə görə Rusiya Dövlət Dumasının rəhbərliyinə və deputatlara təşəkkür edib.
    Sərginin açılışında, həmçinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, “Spravedlivaya Rossiya” Partiyasının lideri Sergey Mironov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışıblar.
    Qeyd edək ki, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi Dövlət Dumasında xarici ölkəyə həsr olunmuş ilk sərgidir. Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik olan qədim, eyni zamanda, sürətlə inkişaf edən ölkə olduğunu göstərmək üzərində qurulub. Eyni zamanda, sərgidə iki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, mədəni və iqtisadi əlaqələrin sürətli inkişafını əks etdirən eksponatlar nümayiş etdirilir.
    Bir neçə bölmədən ibarət sərgidə ziyarətçilər Azərbaycan həqiqətlərinə, mədəniyyətinə dair eksponatlarla, foto və video materiallarla tanış olacaqlar. İnformasiya bölməsində Azərbaycan haqqında bukletlər, broşürlər, turizm xəritələri, ölkəni ziyarət etmək imkanları, viza alınması, aviauçuşların və turların təşkili barədə məlumatlar, Bakının “Ekspo 2025”ə namizəd şəhər olması ilə bağlı materiallar təqdim edilir. Burada, həmçinin Azərbaycanın turizm potensialı barədə məlumatlar yer alıb. Stenddə Azərbaycanın milli suvenir brendi olan “I love Baku”nun ölkəmizə aid müxtəlif suvenirləri də yer alıb.
    Ekspozisiyanın “Azərbaycan inciləri” bölməsində qədim milli xalçalarımız, misgərlik nümunələri, ənənəvi şəbəkə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunur. Ziyarətçilərə tarix və mədəniyyətimizə dair artefakt nümunələri də təqdim edilir. Ölkənin hər bir bölgəsinə xas milli geyimlər rəng, naxış və biçimi ilə fərqlənir.
    Sərgiyə gələnlərə məlumat verilir ki, musiqi Azərbaycan incəsənətinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Əsrlər boyunca musiqi Azərbaycan xalqının həyatında baş vermiş mühüm hadisələri əks etdirib. Azərbaycanda aşıq sənəti min illərdir yaşayır. 2008-ci ildə muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Milli musiqi alətləri sırasında saz, tar, kamança, balaban və s. xüsusi yer tutur. Bu bölmədə quraşdırılan monitorlarda videomateriallar nümayiş olunur.
    “İstirahət və kitabxana” bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyarətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış ola bilərlər. Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiyada işlədiyi dövrləri, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurur. Burada, həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stend yaradılıb.
    “Azərbaycanın tarixi” bölməsində isə qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair materiallar, o cümlədən videomateriallar yer alıb.AZƏRTAC.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ