• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


    Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

    1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. 10 gün müddətində:

    2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    3. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin.

    4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 yanvar 2023-cü il


    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    2. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    3. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    4. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    5. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    7. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    8. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    9. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    10. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    12. 11:31 Masallıda Qurban bayramı - 2025
    13. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    14. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    15. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    16. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    18. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    19. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    20. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    21. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    22. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    23. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    24. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    25. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    26. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    27. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    28. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    29. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    30. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    31. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    32. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    33. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    34. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    35. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    36. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    37. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    39. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    40. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ