Qızılağac kəndində artezian quyusu qazıldı
Masallı rayon Qızılağac kənd 2 saylı tam orta məktəbinin həyətində Şəhid atası Arif Əliyevin təşəbbüsü və rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Viləşçay Su Anbarı İstismarı idarəsi tərəfindən ümumi dərinliyi 30 metr olan artezian quyusu qazılmışdır.
Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri, ziyalılar və kənd sakinlərinin iştirakı ilə quyuya baxış keçirilmiş, rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Məktəbin həyətində artezian quyusunun qazılmasına, şəhidlərə ehtiram, ailələrinə göstərilən diqqət və qayğıya görə məktəbin pedaqoji kollektivi, şəhid ailələri və kənd sakinləri Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanlara minnətdarlıqlarını ifadə etmişlər.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az