• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

     
    Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


    Prezident İlham Əliyev Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.
    Səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.
    Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
    Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
    Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
    Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə etdi. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirdi, mövcud siyasi dialoqun səmərəli şəkildə davam etdirilməsinin önəmini vurğuladı. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirdi. Ölkələrimizin qarşılıqlı idxal-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmayə imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin fəaliyyəti üçün lazımi şərtlərin yaradılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə Misirlə sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önəminə toxundu.
    Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    2. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    3. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    4. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    5. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    6. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    7. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    8. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    9. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    10. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    11. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    12. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    13. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    16. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    17. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    18. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    19. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    20. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    21. 07:45 Bir ağacda beş cür meyvə...
    22. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    23. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    24. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    25. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    26. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    27. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    28. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    29. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    30. 23:30 Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir 
    31. 23:30 Budapeştdə Türk həmrəyliyinin yeni mərhələsi, siyasi iradə və iqtisadi uzaqgörənlik
    32. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    33. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    34. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    35. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    36. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    38. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    39. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    40. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ