• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib

    Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib

     
    Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib


    Martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.
    Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
    İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultayı açaraq bildirdi ki, məclisdə iştirak etmək üçün 166 üzv təşkilatdan 241 nümayəndə qeydiyyatdan keçib. Yetərsay var və qurultayımız işə başlaya bilər.
    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.
    Sonra qurultayın sədarəti, katibliyi, say və mandat komissiyalarının yaradılması üçün təkliflər oxundu, səsə qoyularaq qəbul edildi.
    Qurultayın gündəliyi səsə qoyularaq qəbul edildi.
    Qurultay “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sədrliyi ilə işini davam etdirdi.
    Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Hesabat dövründə əldə olunan nailiyyətlər, mövcud problemlər və onların həlli yollarından danışan MŞ-nin sədri bildirdi ki, Azərbaycan jurnalistlərinin VI qurultayından bu günədək Şuraya ümumilikdə 3145 şikayət daxil olub. İlkin mərhələdə baxılan 3145 məsələdən 2213-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 932 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. 932 şikayətin 711-i şikayətlər üzrə komissiyada, 159-u reket jurnalistikaya qarşı mübarizə komissiyasında, 14-ü mətbuat ilə dövlət qurumları arasında problemlərin həlli komissiyasında, 48-i sosial-iqtisadi komissiyada araşdırılıb. Şikayətlər üzrə komissiyada baxılan 711 məsələdən 584-ü komissiya səviyyəsində həllini tapıb, digər 127 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Reket jurnalistikaya qarşı mübarizə komissiyası tərəfindən araşdırılan 159 şikayətdən 104-ü barədə təqdimat hazırlanaraq yekun qərar qəbulu üçün idarə heyətinə göndərilib. İdarə heyəti hesabat dövründə şikayətlər üzrə komissiyanın 127, reket jurnalistikaya qarşı mübarizə komissiyasının 104 rəyinə əsaslanaraq, ümumiyyətlə, 231 qərar çıxarıb. Qurultaylararası dövrdə MŞ İdarə Heyətinin 35, şikayətlər üzrə komissiyanın 76, reket jurnalistikaya qarşı mübarizə komissiyasının 29, mətbuat ilə dövlət qurumları arasında problemlərin həlli komissiyasının 18 iclası keçirilib. Bundan başqa, müxtəlif məsələlərlə bağlı Şuranın sosial komissiyasının 11, hüquq, iqtisadiyyat, dil, təhsil, bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 9 iclası keçirilib. Şuranın apellyasiya qrupu 5, Ahıl Jurnalistlər Məclisi 39 dəfə toplanıb.
     
    Əflatun Amaşov deyib ki, bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərməkdədir. Qurum KİV-lərin layihələrini maliyyələşdirməklə onların cəmiyyət üçün faydalı təşəbbüslərinə yaşıl işıq yandırır. Ancaq müasir dövr tələb edir ki, mediamız daha da güclənsin, reklamdan, satışdan əldə etdiyi gəliri çoxaltsın. Qarşımızda dayanan növbəti məsələlərdən biri də internet üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin artırılmasıdır. Bu sahədəki qanunvericilik bazasında xeyli təkmilləşmələr aparılıb. Belə media vasitələri hüquqi münasibətlər sistemində öz yerlərini tuta biliblər. Ancaq onların artan rolundan cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik.
    Sonra MŞ-nin nəzarət-təftiş və mandat komissiyalarının hesabatları dinlənilib. Hesabatlar, ümumilikdə, mətbuatın ümumi problemlərini və təşkilati məsələləri əhatə edib.
    Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
    Qurultayda Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycanda mətbuatın inkişafı, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Natiqlər Mətbuat Şurasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxış edib. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini bildirən Əli Həsənov deyib ki, bu gün burada səsvermə keçirildi, özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay, burada seçiləcək yeni heyət, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət, insanlar, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq, onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etmələrindən asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın.
     
    Prezidentin köməkçisi deyib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın rəmzlərini təhqir edirlər. Həmin şəxslərə olduqları xarici ölkələrin pasportları verilərək, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar. Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət yetirməlidirlər. Mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir.
    Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühitinin yarandığını vurğulayan Əli Həsənov bildirib: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Bu məsələdə opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma antiazərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".
    Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Ə.Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edərək deyib: “Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, “Mətbuat Şurası haqqında” qanun qəbul edilməsinin zamanı çatıb”.
    Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etirazın da düzgün olmadığını qeyd edərək deyib ki, təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız.
    Sonra qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunub.
    Mətbuat Şurasının Nizamnaməsində bu məsələ ilə bağlı təklif səsə qoyularaq qəbul edilib. Dəyişiklik nəticəsində İdarə Heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən 23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçilib.
    Azərbaycan jurnalistlərinin VII qurultayında səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.
    Sonda qurultayın qətnaməsi qəbul olunub. Bununla da Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb.AZƏRTAC.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Şəhid Murad Nəfəsovun şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:16 Masallıda “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin şəhadətinin 4-cü ildönümü anıldı
    3. 18:01 “İrəli!” yox, “Arxamca!” əmri verən komandir
    4. 17:10 Masallıda “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans
    5. 12:41 Tarixi Zəfər
    6. 23:30 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi
    7. 18:31 Masallılı boksçu dünya ikincisidir
    8. 18:06 Şəhid Əlisa Əliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    9. 18:04 Şəhid Vüsal Məhərrəmovun şəhadətinin 4-cü ildönümü anıldı
    10. 18:01 Masallıda "Narkomaniya və erkən nikahlara yox deyək" və “Polis Akademiyasında təhsilə təşviq edilməsi” mövzularında görüş
    11. 17:26 Şəhid Röyad Məmmədovun şəhadətinin 4-cü ildönümü anıldı
    12. 16:07 “Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir”
    13. 21:00 8 Noyabr -Zəfər Günüdür
    14. 15:59 Masallı kütləvi ağacəkmə aksiyasını davam etdirir
    15. 15:55 Masallı RİH Başçısı 06.11.2024-cü il tarixdə Şıxlar ərazisinin sakinləri ilə görüşdü
    16. 15:51 Masallının Boradigah qəsəbəsində “Təmiz kənd” ekoloji layihəsi
    17. 15:49 Masallıda Zəfər Gününə həsr edilmiş “Zəfər 44” flaşmobu
    18. 23:00 8 Noyabr -Zəfər Günü
    19. 18:48 Masallı “Zəfər günü”nə hazırlaşır
    20. 18:41 Masallı rayonunda ağacəkmə aksiyası ənənə halını alıb
    21. 18:30 Masallıda “Ekoloji sağlamlığın qorunması” mövzusunda tədbir
    22. 15:30 “8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü”
    23. 09:42 Masallı rayonunun ümumi məhsul buraxılışı 16,1 faiz artmışdır – Statistika
    24. 08:36 Masallıda 2024-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    25. 22:30 Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi
    26. 23:30 8 Noyabr- Zəfər Günü
    27. 23:30 Ali Baş Komandan Azərbaycanı güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevirib
    28. 20:18 Rayon rəhbərinin 01 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    29. 20:16 Göyəçöl kəndində I Qarabağ şəhidi Nicat Həsənov anıldı
    30. 20:10 Jurnalist Həsənağa Əliyevin 75 illik yubileyi
    31. 15:53 Masallı pəhləvanı “Bəhreyn-2024” Gimnaziadasının gümüş mükafatçısıdır
    32. 18:07 Çaxırlı ərazisində ağacəkmə aksiyası davam etdirilir
    33. 18:06 Musakücə ərazisində geniş miqyaslı təmizlik işləri aparılır
    34. 18:05 Yeyənkənd ərazisinin Abasbəyli kəndində küçələr işıqlandırılır
    35. 18:04 Tüklə ərazisində ağaclar budanmış və yeni ağac əkini aparılmışdır
    36. 18:03 Güllütəpə ərazisinin Köhnə Zuvand-Yolağac kəndləri arası yol təmir olunur
    37. 09:31 Qızılağac kəndində daxili yollar təmir olunur
    38. 09:29 Həsənli kəndində daxili yollar təmir olunur
    39. 23:30 Masallıda “Gələcəyimizin təminatçıları” mövzusunda tədbir
    40. 22:00 Güllütəpə ərazisinin Köhnə Zuvand-Yolağac kəndləri arası yol təmir olunur
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ