YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib

    YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib

     
     Aprelin  6-da  Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının  Lənkəran – Astara regional Mədəniyyət idarəsinin Masallı rayonu üzrə nümayəndəliyi  ərazi partiya təşkilatında partiya üzvləri ilə  növbəti görüş keçirilib.

    Tədbirdə çıxış  edən YAP Masallı  rayon təşkilatının sədri Seyfəddin Əliyev  partiyanın keçdiyi şərəfli  inkişaf yolundan ətraflı bəhs edib. Bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin  təcəssümüdür deyən S.Əliyev daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da  inamlı qələbələrə imza atacaq. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.

     Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən 2021-ci il martın 5-də VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar partiyanın sonrakı inkişafında öz sözünü deyir. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral prezident seçkilərində  Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin parlaq qələbəsi  partiyanın gələcəyə daha böyük inamla addımlamasında stimulverici amilə çevrildi. YAP həmişə olduğu kimi bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

    YAP Masallı rayon təşkilatının sədri ölkəmizin ictimai-siyasi sabitliyi,mədəni-iqtisadi inkişafı ilə regionun lider dövləti səviyyəsinə yüksəldiyini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Hazırda Doğma Qarabağda işğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpa quruculuq işlərinin görülməsi qəlbimizi tükənməz qürurla sevindirir. Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütlüyü uğurlu daxili və xarici siyasətin təbliğatçısı olan hər bir partriya üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.  

    Sonra təşkilatı məsələlərə baxılıb. Ceyhun Bəşirov  YAP  Masallı rayon təşkilatının Lənkəran – Astara regional Mədəniyyət idarəsinin Masallı rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri, Dilbər İbayeva  isə sədr müavini seçiliblər.








     "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    2. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    3. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    5. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    7. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    8. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    9. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    10. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    11. 10:08 UNUDULMUR...
    12. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    13. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    15. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    16. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    17. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:46 “PeşəFest-2026” - Masallıda
    19. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    20. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    21. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    22. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    26. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    27. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    28. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    29. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    30. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    31. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    33. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    34. 11:28 Məhərrəm Səfərli – 80
    35. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    36. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    37. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    38. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    39. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    40. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ