Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
Görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhid anaları ilə səmimi söhbət aparılıb, onların fikirləri və xatirələri dinlənilib.
Səmimi şəraitdə keçən görüş zamanı şəhid analarının övladlarının Vətən qarşısındakı xidmətlərindən, onların keçdikləri şərəfli döyüş yolundan və əziz xatirələrinin daim yaşadılmasının vacibliyindən söz açılıb. Bildirilib ki, şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların adları gələcək nəsillərə örnək olacaq.
Anar Ələkbərov şəhid anaları ilə bir araya gəlməyin, onlarla söhbət etməyin və xoş anlar paylaşmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, şəhid analarının göstərdiyi isti münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Görüş zamanı şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının əhəmiyyəti vurğulanıb. Şəhid anaları da onlara göstərilən diqqət və səmimi münasibətdən məmnunluqlarını ifadə edərək Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və qonaqlara minnətdarlıqlarını ifadə ediblər.





































