Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir

    Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir


    27 Sentyabr 2026-cı il tarixində Masallı şəhər Qəhrəmanlar parkında 27 Sentyabr - Anım Günü ilə əlaqədar "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir keçirilib.

    Öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin, sonra ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş vətənin mərd oğullarını “Şəhidlər abidə kompleksi”ndə ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar.

    27 Sentyabr - Anım Günü ilə əlaqədar təşkil edilmiş tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı Rayon şöbəsinin və Masallı rayon Polis şöbəsinin əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. 

    Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vurğulayıb ki, bu gün hər birimizin qəlbində sonsuz qürur, minnətdarlıq və ehtiram hissləri coşur. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin başlanğıcının – Anım Gününün ildönümündə yığışmışıq. Hər il sentyabrın 27-ni dərin hüzn, lakin bir o qədər də sonsuz başucalığı ilə yad edirik. Bu gün bizi bir araya gətirən tədbir sadəcə tarixi bir günü xatırlamaq deyil, xalqımızın əyilməz iradəsinin, milli birliyinin və dövlətçilik gücünün bütün dünyaya nümayiş etdirildiyi o şanlı başlanğıcın təntənəsidir.

    2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin "İrəli!" əmri ilə Azərbaycan əsgəri tarixi ədaləti bərpa etmək üçün yola çıxdı. O gün açılan ilk səhifə uzun illər davam edən həsrətə, ədalətsizliyə və işğal rejiminə son qoyan şanlı qələbə dastanımızın giriş qapısı oldu. Həmin gün xalqımız bir yumruq kimi birləşdi və hər kəs əmin oldu ki, artıq geriyə dönüş yoxdur – ya azadlıq, ya ölüm!

    Bu səhifə sadəcə hərbi əməliyyatın başlanğıcı deyil, otuz illik haqsızlığa və torpaq həsrətinə son qoyan müqəddəs haqq savaşımızın təməli idi. İlk addımdan etibarən Azərbaycan əsgəri sübut etdi ki, bizim üçün Vətən torpağından əziz heç nə yoxdur. Arxa cəbhədəki hər bir vətəndaş özünü əsgər hesab edərək ordumuza arxa durdu.

    Lakin bu şanlı tarixin yazılması asan başa gəlmədi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı bahasına yazıldı bu salnamə. Vətən övladlarının hər biri bizim əbədi qürur mənbəyimizdir, onların ruhu qarşısında dərin ehtiramla baş əyirik. Şəhid valideynləri və ailələri bütün cəmiyyətimiz üçün müqəddəsdir, dövlətimizin hər zaman diqqət və qayğı mərkəzindədir.

    Tədbirdə həmçinin Milli Məclisin Deputatı Məşhur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Masallı  Rayon şöbəsinin rəisi Rəfail Xəlilov,  Vətən Müharibəsi şəhidi Sübhan Həsənovun anası Ülkər Həsənova, Vətən müharibəsi iştirakçısı Kərəm Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib. Natiqlər bütün gənclərə səslənərək bildiriblər ki, Şəhidlərin qanını, onların əmanət etdiyi bu müqəddəs vətəni göz bəbəyiniz kimi qoruyun. Bu əmanətə sahib çıxmaq, elmdə, təhsildə və hər bir sahədə həmişə irəlidə olmaq sizin ən müqəddəs borcunuzdur. Heç vaxt unutmayın ki, bu torpağın hər qarışında bir igidin canı, bir ananın göz yaşı yatır.

    Tədbirdə şəhid Məhəmməd Əliyevin bacısı oğlu Rəsul İsaqovun səsləndirdiyi şeir iştirakçılara kövrək anlar yaşadıb.

    Şəhidlərimizə ehtiram əlaməti olaraq saat 12:00-da qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.














    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:03 Masallı Rayon Ağsaqqallar Şurasının sədri və fəalları Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət ediblər
    2. 17:54 Masallıda narkomanlığa qarşı mübarizə ilə bağlı 26 noyabr 2026-cı il tarixli maarifləndirici tədbir
    3. 17:52 Masallı Rayon İcra Hakimiyyətində 26.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 17:49 Masallıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş tədbir keçirilib
    5. 14:52 Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi
    6. 09:47 25 Noyabr - Kəlbəcər Şəhəri Günü
    7. 09:46 Kəlbəcərin azadlığı Azərbaycanın siyasi iradəsinin və dövlət suverenliyinin təntənəsidir
    8. 11:07 Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    9. 11:04 Rayonun Kəlbəhüseynli kəndində şəhid Ziya Gözəlovun şəhadətinin 6-cı ildönümü anıldı
    10. 09:11 Azərbaycan - Vyetnam münasibətləri
    11. 09:09 21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı
    12. 09:05 Ağdam – Qarabağın dirçəliş və qayıdış rəmzi
    13. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı ədliyyə işçilərini qəbul edib
    14. 23:18 Masallıda mülki müdafiə sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    15. 23:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 20:30 Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi
    17. 20:27 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2026
    18. 20:22 Rayon rəhbəri 18 noyabr 2026-cı il tarixdə Türkoba kəndində səyyar qəbul keçirib
    19. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib
    20. 13:34 Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
    21. 12:55 Köhnə kişi
    22. 19:56 Azərbaycan–Böyük Britaniya əlaqələri: qarşılıqlı etimad və ortaq maraqlar
    23. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    24. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    25. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    26. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    27. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    30. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    32. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    33. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    36. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    38. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    39. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ