Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir

    Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir


    27 Sentyabr 2026-cı il tarixində Masallı şəhər Qəhrəmanlar parkında 27 Sentyabr - Anım Günü ilə əlaqədar "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir keçirilib.

    Öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin, sonra ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş vətənin mərd oğullarını “Şəhidlər abidə kompleksi”ndə ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar.

    27 Sentyabr - Anım Günü ilə əlaqədar təşkil edilmiş tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı Rayon şöbəsinin və Masallı rayon Polis şöbəsinin əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. 

    Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vurğulayıb ki, bu gün hər birimizin qəlbində sonsuz qürur, minnətdarlıq və ehtiram hissləri coşur. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin başlanğıcının – Anım Gününün ildönümündə yığışmışıq. Hər il sentyabrın 27-ni dərin hüzn, lakin bir o qədər də sonsuz başucalığı ilə yad edirik. Bu gün bizi bir araya gətirən tədbir sadəcə tarixi bir günü xatırlamaq deyil, xalqımızın əyilməz iradəsinin, milli birliyinin və dövlətçilik gücünün bütün dünyaya nümayiş etdirildiyi o şanlı başlanğıcın təntənəsidir.

    2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin "İrəli!" əmri ilə Azərbaycan əsgəri tarixi ədaləti bərpa etmək üçün yola çıxdı. O gün açılan ilk səhifə uzun illər davam edən həsrətə, ədalətsizliyə və işğal rejiminə son qoyan şanlı qələbə dastanımızın giriş qapısı oldu. Həmin gün xalqımız bir yumruq kimi birləşdi və hər kəs əmin oldu ki, artıq geriyə dönüş yoxdur – ya azadlıq, ya ölüm!

    Bu səhifə sadəcə hərbi əməliyyatın başlanğıcı deyil, otuz illik haqsızlığa və torpaq həsrətinə son qoyan müqəddəs haqq savaşımızın təməli idi. İlk addımdan etibarən Azərbaycan əsgəri sübut etdi ki, bizim üçün Vətən torpağından əziz heç nə yoxdur. Arxa cəbhədəki hər bir vətəndaş özünü əsgər hesab edərək ordumuza arxa durdu.

    Lakin bu şanlı tarixin yazılması asan başa gəlmədi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı bahasına yazıldı bu salnamə. Vətən övladlarının hər biri bizim əbədi qürur mənbəyimizdir, onların ruhu qarşısında dərin ehtiramla baş əyirik. Şəhid valideynləri və ailələri bütün cəmiyyətimiz üçün müqəddəsdir, dövlətimizin hər zaman diqqət və qayğı mərkəzindədir.

    Tədbirdə həmçinin Milli Məclisin Deputatı Məşhur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Masallı  Rayon şöbəsinin rəisi Rəfail Xəlilov,  Vətən Müharibəsi şəhidi Sübhan Həsənovun anası Ülkər Həsənova, Vətən müharibəsi iştirakçısı Kərəm Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib. Natiqlər bütün gənclərə səslənərək bildiriblər ki, Şəhidlərin qanını, onların əmanət etdiyi bu müqəddəs vətəni göz bəbəyiniz kimi qoruyun. Bu əmanətə sahib çıxmaq, elmdə, təhsildə və hər bir sahədə həmişə irəlidə olmaq sizin ən müqəddəs borcunuzdur. Heç vaxt unutmayın ki, bu torpağın hər qarışında bir igidin canı, bir ananın göz yaşı yatır.

    Tədbirdə şəhid Məhəmməd Əliyevin bacısı oğlu Rəsul İsaqovun səsləndirdiyi şeir iştirakçılara kövrək anlar yaşadıb.

    Şəhidlərimizə ehtiram əlaməti olaraq saat 12:00-da qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.














    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    2. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    3. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    4. 10:55 27 Sentyabr – Anım Günü
    5. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    6. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    7. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    8. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    9. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    10. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    11. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    12. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    13. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    14. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    15. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    16. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    17. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    18. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    19. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    20. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    21. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    22. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    23. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    24. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    25. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    26. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    27. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    28. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    29. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    30. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    31. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    32. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    33. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    34. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    35. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    36. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    37. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    38. 16:03 Dövlət Suverenliyi Gününü
    39. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    40. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ