Masallı Rayon İcra Hakimiyyətində 26.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
26 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Masallı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tohid Hüseynov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Görüş zamanı vətəndaşlar əsasən sosial-məişət məsələləri, məşğulluq və digər mövzular üzrə müraciətlər ediblər.
Məsul şəxs hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bir sıra müraciətlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilib və icrası nəzarətə götürülmüşdür.
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov vətəndaş qəbulunu yekunlaşdıraraq keçirilən görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.



































