• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir və Naftalan məktəbliləri Masallıda

    Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir və Naftalan məktəbliləri Masallıda

    • 28-03-2018, 15:53
    • Təhsil
    • 0
    • 1 885
     
    Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir və Naftalan məktəbliləri Masallıda


    Martın 28-də “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları – Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir və Naftalan məktəbliləri və onların müəllimləri səhər saatlarında Lənkərandan Masallıya gəliblər. Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
    Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
    Məktəblilər Masallı rayonunun tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.
    Məlumat verilib ki, ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
    Sonra məktəblilər ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə təzə tər çiçəklər düzüblər.
    Bildirilib ki, mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Masallıya səfərlərinə dair fotolar nümayiş olunub. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən fotoguşələr yaradılıb. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulub.
    Tur-aksiyanın iştirakçıları musiqi təranələri altında uşaq-incəsənət məktəbi ilə tanış olublar. Məktəb 2016-cı ilin sentyabrın 3-də istifadəyə verilmiş və ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə açılıb. Onbirillik məktəbin müəllimləri məlumat verib ki, ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon uşaq-incəsənət məktəbində hazırda 305 şagird təhsil alır və 70 müəllim çalışır. Məktəbin ərazisində yaşıllıq zolağı salınıb, geniş abadlıq işləri görülüb.
    “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları - Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir və Naftalan məktəbliləri Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident cənab İlham Əliyev Masallıya səfəri çərçivəsində (03.09.2016) Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
    Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydəki 7 mindən çox eksponatdan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
    Sonra tur iştirakçıları "Asan xidmət"ə gəlmiş, buradakı "İntellektual mərkəz"də keçirilən masallı məktəblilərinin "Breyn Rinq" yarışmasını izləyiblər.
    Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. "Asan xidmət" və Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılıb. Bayraq Meydanın ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr olan fəvvarə inşa edilib. Ərazidə geniş abadlıq işləri görülüb, 5 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
    Ekspozisiya zalından və köməkçi otaqlardan ibarət Dövlət Rəmzləri Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır. Tur iştirakçılarının ekspozisiya ilə tanışlığı onlarda böyük maraq oyadıb.
    KİV nümayəndələrinə müsahibələrində Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir və Naftalan məktəbliləri, müəllimlər Masallı, masallılar haqqında xoş sözlər dedilər,
    qonaqpərvərliyə görə məmnun oldular.
    Tur-aksiyanın iştirakçıları günorta saatlarında Lənkərana yola salınıblar.
     


     













     

    Yeni həyat”,
     
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ