• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şuşada vəhdət və birlik əks olunur

    Şuşada vəhdət və birlik əks olunur


    Səfər təəssüratları
     
    Şuşada vəhdət və birlik əks olunur
     
    "Şuşa bizim yuxularımıza girirdi, Şuşa bizim analarımızın göz yaşında, dualarımızda idi. Həmişə Şuşanı, Qarabağı yenidən ziyarət etməyin nəsib olması, torpaqlarımıza geri qayıtmaq üçün dualar edirdik."
                                                                 Şeyxülislam Allahşükür Paşazadə
    Gözəl Şuşamızı görməyi Allah bütün arzusunda olanlara, xüsusilə şuşalılara tezliklə qismət etsin. Şuşanın hər dağı-daşı, hər ağacı, çəmənliyi, bir sözlə nəyi varsa insana “xoş gəlmisən” deyirdi. 
    Şuşada vəhdət və birlik əks olunur. Hər küçəsindəki divarlarda Azərbaycanımızın rayon və kəndlərinin, şəhər və qəsəbələrinin adı yazılıb. O yazıları görərkən, insan düşünür ki, Azərbaycanın birliyi və vəhdəti Şuşanı düşmən əsarətindən xilas edib. Qələbənin əsas amillərindən biri də budur. Çünki müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilir: “İxtilaf etməyin ki, işiniz nəticəsiz qalar və gücünüz aradan gedər” (Ənfal-46). İşimizin nəticəyə varmasından ötrü, gücümüzü qorumaq üçün bu vəhdət və birliyi qorumalıyıq.
     
    Bu sözləri müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov dedi. 
    Məlumat üçün bildirim ki, Rəşid Qiyas oğlu Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub.
    Orta təhsilini qəsəbədəki Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini, Bakı İslam Universtitetini bitirib.
    2020-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısıdır. Bu təyinatacan isə Masallı rayonunun Boradigah qəsəbəsindəki “Həzrəti Əli” məscidinin imamı olub.
    Uşaq yaşlarından İslam dininə böyük maraq göstərərək, ilk ibtidai dini savadını tanınmış yerli din xadimlərindən alıb.
    Bölgədə tanınmış ilahiyyatçı kimi sevilir. Bir çox elmi məqalə və araşdırmanın, eləcə də dini şeirlərin müəllifidir.
    Ailəlidir, dörd övladı var.
    QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı altında ölkəmizdəki dini konfessiyaların rəhbərləri, o cümlədən QMİ-nin Qazılar Şurasının üzvləri, bir qrup ziyalı və millət vəkilləri ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada ikigünlük səfərdə olan Rəşid Talıbovun Şuşa təəssüratlarını öyrənməyə çalışdım. O, söylədi:
     
    Aprel döyüşləri ərəfəsində belə bir beyt qələmə almışdım:
    Ana yurdum, Qarabağdan duyulur nalə səsi,
    Dur, Azərbaycanımın əsgəri, sındır qəfəsi,
    İgid əsgərlərinin cuşa gəlibdir həvəsi,
    Eşidərsən ki, könül, azad olub torpağımız,
    Şuşada dalğalanır şanlı, gözəl bayrağımız.
     
    Çox keçmədi ki, Qarabağdan qələbə səsini eşitdik. Payız fəsli ikən çəmənində, düzündə xarıbülbül axtaran gözlərimiz Şuşadan pərişan geri dönmədi. Şükürlər olsun Allaha – nəsibimiz Zəfər oldu...
    Biz də Şuşaya Zəfər yolu ilə –  igid əsgərlərimizin acdığı yolla getdik. Yolboyu qəhrəman oğullarımızın o alınmaz qalanı sıx meşələrlə, dağ-dərələrlə, sıldırım qayalarla irəliləyərək necə fəth etmələri sanki gözlərimiz önündə canlanırdı. Şəhərə çatar-çatmazda çox qəribə hisslər keçirirdim. Sanki sevinclə kədər arasında qalmışdım: Min bir can bahasına alınmış o torpaqların hər qarışına, hər daşına qanı tökülmüş oğullarımız yada düşdükcə kədərlənirsən. Sevinirsən ki, 30 il həsrətində olduğuna qovuşursan. Bu hisslər fikrimə, ruhuma hakim kəsildikcə, sanki yuxudaymış kimi özümdən uzaqlaşırdım. Həmkarlarımın təəccüb dolu baxışlarından hiss edirdim ki, mənə ünvanlanmış sualları cavabsız qalıb. Həsrətin bitdiyi, arzuların gerçəkləşdiyi iftixar, qürur dolu anlar. Bunu sözlə ifadə etmək çətindir...
    Əvvəlcə təməli bu il mayın 12-də Respublika Prezidenti İlham Əliyev tərəfindən qoyulan, dini ocaq və modern memarlıq nümunəsi olacaq Şuşa məcsidi ərazisində olduq, Qazançı kilsəsində aparılan inşaat işləri ilə maraqlandıq. İşğal illərində dağıntılara məruz qalan Saatlı və Aşağı Gövhərağa məscidlərini ziyarət etdik. Şuşaya səfərimizin ilk günü Cıdır düzündə yekunlaşdı. Buradan Qarabağın tacı olan Şuşanın möhtəşəm təbiət mənzərələrini, Xankəndini, Əsgəranı seyr etdik.
    Yuxarı Gövhərağa məscidində namaz qılıb, dualar oxuduq, “Quran” tilavət elədik. Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki Yavuz Yılmaz “Yasin tapşırma” duası oxudu, şəhidlərimizi yad etdik.
    —Erməni işğalçılarının Qarabağdakı məbədlərimizə, memarlıq və arxeoloji irsimizə qarşı barbarlığı ilə rastlaşanda hansı hissləri keçirdiniz? 
    Dövlətimizin başçısı Şuşada olarkən dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar vermişdi: “Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb”.
    Tanınmış şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, Xan qızının vaxtilə yaşadığı, indi isə yalnız uçuq divarları qalmış sarayına ürək ağrısı ilə baxdıq. Məhz iki qardaş dövlət rəhbərləri tərəfindən Şuşa bəyannaməsinin imzalanma mərasiminin arxa fonunda erməni vəhşiliyinin nümunəsi olan dağıdılmış bu tikilinin nümayiş etdirilməsi heç də təsadüfi seçilməmişdi – dünyaya müvafiq mesajlar verildi. Qeyd edək ki, Azərbaycanda ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi də bu evdə fəaliyyətə başlayıb.
    Uşaqlıqdan Qarabağdan söz düşəndə ilk ağlımıza gələn Xan əmi, Üzeyir bəy və digər karifeylər olub, Şuşa yaddaşımıza Qafqazın konservatoriyası kim hopub. Şair demişkən:
    Döysən Qarabağda körpə uşağı,
    Muğamın üstündə ağlar, deyiblər.
    Bəli, erməni vandalizminin şahidi olan bu güllələnmiş büstlər qorunurdu ki, nə vaxtsa öz doğma ünvanına qaytarılacaq. Və bizdə də əminlik var idi ki, gec-tez o torpaqlara qayıdacağıq. Eyni zamanda bu amal uğrunda təbliğatımızı, mübarizəmizi bir gün belə dayandırmamışıq. Çünki ana dediyimiz Vətən düşmən tapdağında qala bilməzdi.
     —Bu səfərin multukultural dəyərlər baxımından önəmi barədə fikirlərinizi bilmək istərdik.
    Bütün dövrlərdə multukultural və tolerant dəyərlərə sadiqliyimizi nümayiş etdirmişik. Səfər zamanı bizimlə olan Azərbaycandakı Dağ yəhudiləri və Bakıdakı Avropa yəhudiləri, Alban-udi dini icmalarının rəhbərləri, Roma-Katolik və Rus Pravoslav kilsələrinin nümayəndələri də Azərbaycanda ayrı-ayrı xalq nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, ölkəmizdə bütün inanc və mədəniyyətlərə qarşı hökm sürən tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayırdılar.
    Bu murdar qonşular təkcə bizim xalqla deyil, mədəniyyətimizlə, tariximizlə düşmənçilik edir. Onlar hətta öz dinləri ilə də düşməndir. Azğın separatçılar nəinki beynəlxalq qanunları, eyni zamanda bütün səmavi-dini qanunları, bəşəri dəyərləri tapdalayırlar. Hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin qeyd etdiyi kimi: “Bütün dinlər insanları sülhə, qardaşlığa çağırır, dindən, kilsədən öz siyasətin üçün istifadə etmək olmaz. Lakin şahidi olduq ki, erməni kilsəsinin rəhbəri xalqı qırğına çağırırdı, keşişlərinin əlində İncil yox, “Kalaşnikov” avtomatı var idi, bu, qəbul olunmazdır. Azərbaycan dövlətinin Prezidenti həmişə sülhə çağırır.”
      
    —O torpaqlara böyük qayıdışı, Şuşaya yeni həyatın bəxş edilməsini, dilbər güşələrdəki dirçəlişi necə xarakterizə edirsiniz?
    İşğaldan azad edilən torpaqlarımız, o cümlədən Şuşa qayıdış üçün öz əzəli-əbədi sakinlərini gözləyir.
    Bu il aprelin 7-də Ağdam şəhərində səfərdə olanda qəribə təbiət hadisəsi ilə rastlaşdım. Baharın gözəl çağında ağacların əksəriyyəti qurumuşdu. Sanki bu yanmış ağaclar da ermənilərlə üsyana qalxmış kimi öz sahiblərini gözləyirdilər.
    İnsana xoş təsir bağışlayan ətraf mühitə insan da xoş təsir bəxş edir. Yəni, bizi sağlamlaşdıran təbiəti, bizim pak nəfəsimiz və əməllərimiz də gözəlləşdirir. Məhz ona görə, insan nəfəsi dəyməyən evlər daha tez dağılmağa məhkumdur. Ağdamda da düşmənin kirli və üfunətli nəfəsi ağacların qurumasına belə təsir edib. Yoxsa, odlu müharibə olmayan bir yerdə hər üç-beş ağacdan birinin quruması nə ilə əlaqədardır?
    Müqəddəs Şuşamızda təbiətin canlanması, ora insan nəfəsinin toxunuşu ilə bağlıdır. Çünki torpaqlarımız 30 ilə yaxın idi ki, nəinki fiziki işğala məruz qalmışdı, eləcə də o doğma yerlər əsl insan nəfəsinə həsrət idi. İndi o nəfəs qayıdıb. Yay fəsli, təbiət öz axarına qayıdıb, hər yan yamyaşıl. Bu torpağın hər daşı, şəməni, hər ağacı, hər gülü-çiçəyi əsil sahibini tanıyırmış kimi səni salamlayır...
    Kəbə, Kərbəla və digər ziyarətlərdə olanlar kimliyindən asılı olmayaraq, biri digərinə xidmət etməyə çalışır. Bu mənəvi halı təkrar Şuşada yaşadıq. Orda da dövlət məmuru, alim, din xadimi, jurnalist, fəhlə və digərləri arasında heç bir fərq bilinmirdi. Hamı bir-birini bağrına basaraq qucaqlayır, əzizləyir...
    Şuşaya təzə köçmüş ailələrlə, orada təmir-tikinti işləri aparanlarla görüşüb söhbətləşdik. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla, əslən şuşalı olan şəhər Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Səməd Məhərrəmovla, polkovnik Elşad Əbilovla və bir neçə səmimi, diqqətcil insanla  tanışlıqdan məmnun olduq.
    Artıq Şuşaya həyatın qayıdışını, doğmalığı hiss etməyə başlayırsan. Gəzib-dolaşdıqca bir daha əmin olursan ki, bu qədim şəhər əvvəlkindən də gözəl olacaq.
    Ali Baş Komandanımızın, qüdrətli Ordumuzun, sarsılmaz milli birliyimizin sayəsində ən ağrılı dərdimizə məlhəm tapıb, torpaqlarımızı işğaldan azad etdik. Bizə məxsus olanı özümüzə qaytardıq. Demək, bu gözəl günləri görmək üçün yaşamağa dəyərmiş.
    Şuşa əbədilik bizim yurd yerimiz, məskənimiz olacaq.

    Müsahibəni təqdim etdi:
    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ