• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Son zəng” tədbirləri Masallı rayonunda xüsusi təntənə ilə qeyd olunub

    “Son zəng” tədbirləri Masallı rayonunda xüsusi təntənə ilə qeyd olunub

    “Son zəng” tədbirləri Masallı rayonunda xüsusi təntənə ilə qeyd olunub 

    İyunun 14-də Masallı rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib.
    Masallı Rayon İcra Hakimiyyətinin bununla əlaqədar məktəblərdə karantin qaydaları gtözlənilməklə şagirdlər və müəllimlər tərəfindən “Son zəng”in yüksək səviyyədə keçirilməsi, yaddaşlarda uzun illər qalması üçün hazırlıq işləri aparılıb.
    Əvvəlcə məktəblərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra şəhidlərin şərəfinə ucaldılmış abidələr ziyarət olunub, önünə tər çicək dəstələri qoyulub.
    Masallı rayon Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbində də Masallı Rayon İcra Hakimiyyətinin və aparatının, məktəb müəllimlərinin və məzunlarının iştirakı ilə kənddən Qarabağ döyüşlərində həlak olanların abidəsi önünə gül dəstələri düzülüb.
    Məzunlar Ulu Öndər Heydər Əliyevin dediyi «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!» sözləri və şən vətənpərvərlik musiqi sədaları altında əllərində Azərbaycan Bayrağı tədbirin keçirildiyi yerə daxil olub, ürək sözlərini çatdırıblar.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı qeyd edib ki, nə qədər ki, Azərbaycan xalqı var həmin şəhidlər daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan ibrət götürəcək.
    Məzunlara yaxşı vətəndaş olmağı arzu edən icra başçısı onlara gələcək, müstəqil həyat yollarında da uğurlar diləyib, «Son zəng» tədbirində iştirak edən, ötən tədris ilində yüksək nəticələr əldə edən ölkəmizin müxtəlif ali məktəblərində Masallı, tələbə adını daşıyan-675 bal toplayan, Prezident təqaüdçüsü Azər Ramazanlı, 650 bal toplayan Fərid Nəsirov və 643 bal toplayan Toğrul Səfərlini nümunə göstərir.
    Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbin direktoru Şəhla Fətullayeva Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən danışıb. O, həmçinin məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Bildirib ki, məktəbdə 522 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Bu il məktəbi 16 məzun bitirir. 13 nəfər ali məktəbə daxil olmaq üçün ərizə verib. Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlığını bildirib, məzunlara uğurlar arzulayıb.
    Məktəbin kimya müəllimi Lalə Əliyeva və ibtidai sinif müəllimi Səbirə Əliyeva bildiriblər ki, ölkə rəhbərinin Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb. İndi kəndimizdə üçmərtəbəli yeni məktəbin tikintisi anbaan sürətlənir.
    Sonda “Son zəng” çalınıb, estafet bu il məktəbin birinci siniflərinə gələcək 44 şagirdə verilib. Onlar da öz növbələrində məzunları şeir dili ilə salamlayıblar, xatirə şəkilləri çəkdiriblər.
    “Son zəng” tədbirləri məktəblilərin ədəbi-musiqili çıxışları ilə davam etdirilib.

     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ