• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » Talassemiya və qohum nikahlarının səbəb olduğu xəstəliklər

    Talassemiya və qohum nikahlarının səbəb olduğu xəstəliklər

    • 9-04-2022, 21:25
    • ---
    • 0
    • 281

    Talassemiya və qohum nikahlarının səbəb olduğu xəstəliklər barədə tədbir keçirilib

    "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Masallı rayonunda “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsi çərçivəsində tədbir keçirib.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov talassemiya və qohum nikahların səbəb olduğu genetik xəstəliklərlə bağlı əhalinin maaifləndirilməsinin əhəmiyyətindən danışıb. Regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsinin əhali üçün faydalı olmasını qeyd edib.

    "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili təşkilatın 10 ildən artıqdır ki fəaliyyət göstərdiyinin tədbir iştirakçılarının diqqətinə çatdıraraq, həyata keçirilən layihələr barədə məlumat verdi. Emin Nəbili layihənin  məqsədinin talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını qeyd etdi. Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən müvafiq işlər görüldüyünü bildirən E.Nəbili bu xəstəliklərinin qarşısının alınması üçün əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu bildirdi: “Talassemiyanın yayılmasının qarşısını alınması üçün Prezident İlham Əliyev tərəfindən 2005/2010, 2010/2015 və 2015/2020-ci illəri əhatə edən sərəncamlar imzalanıb. Bu dövlət proqramları talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.”

    Layihə rəhbəri qohum evliliklərin talassemiya və digər irsi xəstəliklərin yaranmasına səbəb olduğunu vurğuladı: “Talassemiyalı xəstələr ay ərzində ən azı bir dəfə qan transfuziyası alırlar.  Aldıqlar qan kifayət qədər olmadıqda orqanlarda müxtəlif fəsadların yaranmasına səbəb olur. Artıq Azərbaycanda da talassemiyalı xəstələrin müalicəsi üçün dövlət hesabına sümük iliyi transplantasiyası həyata keçirilir.”
    Tədbirdə ekspert kimi iştirak edən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva talassemiya və genetik xəstəliklərin yayılma səbəbləri, müalicə və müayinəsi barədə tədbir iştirakçılarına məlumat verdi:

    “Leykemiya uşaqlarda və yeniyetmələrdə ən çox rast gəlinən xərçəng növü sayılır. Leykemiya qanyaradıcı sistemin xərçəng xəstəliyidir və yetişməmiş qan hüceyrələrinin həddindən artıq çoxalması nəticəsində əmələ gəlir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur.  Onun yaratdığı fəsadlar müalicə edilmədikdə qısa vaxtda ölümlə nəticələnə bilər.  Amma digər bütün xərçənglərdə olduğu kimi yoluxucu deyil. Yəni eyni evdə yaşamaqla, eyni məktəbə getməklə yoluxmur. Leykoz xəstələrinin maska taxmasına səbəb isə müalicə müddətində onların immunitetlərinin zəifləməsidir. Yəni həmin xəstələrin immuniteti zəif olduğuna görə infeksiyalar tənəffüs yolları ilə orqanizmə daxil olur.”

    Sonda Nailə Babayeva iştirakçıları maraqlandıran suallara cavab verdi.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ