• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 90 arıçıya 22440 manat subsidiya veriləcək

    Masallıda 90 arıçıya 22440 manat subsidiya veriləcək

    • 7-12-2018, 16:08
    • Aqrar
    • 0
    • 1 288


    Masallıda 90 arıçıya 22440 manat subsidiya veriləcək

    Respublikamızın iqtisadiyyatında arıçılıq mühüm yer tutur. Bu sahə ilbəil inkişaf edir. Ölkəmizdə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılmışdır.Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilmişdir. 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının növbəti iclasında hər arı ailəsinə 10 manat hesabı ilə 373 min 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İclasda subsidiya veriləcək rayonlar arsında Masallı da vardır. Bütün kəndlərdə arıçılıqla məşğul olan təsərrüfatlar mövcuddur. Rayonda arıçılıqla məşğul olan 90 nəfərə 2244 arı ailəsi üçün 22440 manat məbləğində subsidiya ayrılmışdır. Rayon üzrə Hişkədərə kəndində 4, Miyanküdə 3, Ərkivanda qəsəbəsində 18, Çaxırlı kəndində 14, Yeddioymaqda 16, Sərçuvarda 19, Gəyəçöldə 11, Səmidxanda 5 ailəyə subsidiya verilməsi nəzərdə tutulmuşdur. Rayon ərazisində olan arı ailələrinin və arıçıların uçotunun dəqiqləşdirilməsinə başlanılmışdır. Bu məqsədlə rayonda 4 işçi qrupu yaradılmışdır.İşçi qrupları tərəfindən aparılmış monitorinqlər nəticəsində ümüumilikdə rayonda 9000-dən artıq arı ailəsinin olduğu müəyyənləşdirilmişdir. Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə görə subsidiya almaq üçün rayon komissiyasına müraciətlər daxil olmaqdadır. Komissiyaya zəruri sənədlər daxil olduqca, respublika komissiyasının iclasında arıçılara hər arı ailəsinə görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
    Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon komissiyasından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir. Rayon üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin ( http://agro.gov.az ) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
    Məlumat üçün bildirək ki, bu günədək rayon komisiyasına müvafiq sənədləri təqdim etmiş arıçıların sayı 313 nəfər, arı ailələrinin sayı isə 5815 ədədir.
    Hazırda sifariş verilən 9000 ədəd plastik lövhədən 5000 ədədi rayona verilmişdir. İlkin mərhələdə 2250 ədəd plastik lövhələr işçi qrupu tərəfindən 90 arıçının 2244 arı pətəyinə vurulmuşdur. 4000 ədəd plastik lövhələrin də yaxın vaxtlarda verilməsi nəzərdə tutulur ki, bununla bağlı müvafiq hazırlıq işləri görülümş və qısa vaxt ərzində lövhələrin də arı yeşiklərinə vurulması işi başa çatdırılacaqdır.
    Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi prosesi davam etdirilir.
    Qeyd edək ki, komissiyanın növbəti iclas protokolu dekabrın 10-na kimi respublika komissiyasına təqdim olunacaqdır.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ