Salyanda dəhşətli qətl hadisəsi ilə əlaqədar cinayət işi başlanıb
- 9-12-2017, 20:20
- Dünya Xəbərləri
- 0
- 1 421
Salyanda dəhşətli qətl hadisəsi ilə əlaqədar cinayət işi başlanıb
Salyan rayon sakini Mehparə Əliyevanın və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə gedərək baxış keçiriblər.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, hadisə yerinə baxış keçirilərkən oradan insan bədəninin hissələrinin basdırılması aşkarlanıb. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.