• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Narkotiklər təhlükəsinə qarşı vahid cəbhə- Rusiya və Azərbaycan

    Narkotiklər təhlükəsinə qarşı vahid cəbhə- Rusiya və Azərbaycan

    Narkotiklər təhlükəsinə qarşı vahid cəbhə-
    Rusiya və Azərbaycan 

    Hər il dünyada 250 milyona yaxın insan narkotik qəbul edir, nəticədə hər il təqribən 450 min insan həyatla vidalaşır. Bununla bərabər, narkodilerlərin illik kriminal gəlirinin məbləği 320 milyard dollardan çoxdur. Cari ildə Əfqanıstanda opiatların (narkotik tiryək alkaloidlərinin) qeyri-leqal şəkildə istehsalının həcmi 87 faiz artıb və tiryək ekvivalentində 9 min tona yaxın olub. Bu, narkotiklər ticarəti tarixində mütləq rekord göstəricidir.
    Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə bu dəhşətli rəqəmlər Rusiya Federasiyası Dövlət Dumasında keçirilən “Parlamentarilər narkotiklərə qarşı” mövzusunda beynəlxalq konfransda səslənib.
    RLDP-nin lideri Vladimir Jirinovskinin fikrincə, bəşəriyyət müharibələr və inqilablar girdabına düşüb, nəticədə savadsızlıq alıb gedir, işsizlik artır, insanlar ümidsizliyə qapılır, narkotiklər istehlakına aludə olur. İstifadəsi qadağan edilmiş maddələrin yayılması həm milyonlarla insanın həyatı üçün, həm də bütöv dövlətlərdə və regionlarda sabitlik üçün təhlükəyə çevrilir.
    RF XİN başçısı Sergey Lavrov forumdakı çıxışında narkotiklərin qeyri-qanuni dövriyyəsinin transmilli mütəşəkkil cinayətkarlıqla sıx bağlı olduğunu vurğulayaraq, deyib: “Narkomafiyanın terrorizmlə birləşməsi reallıq olub. Terrorizm narkotiklər ticarətindən əldə edilən pullar hesabına öz ölümsaçan potensialını artırır və möhkəmlədir. Bəzən narkotiklərin yayılması hətta dünyada ağalıq uğrunda mübarizə üçün alçaq bir vasitəyə çevrilə bilər: ABŞ və NATO-nun illər boyu Əfqanıstanda iştirakına baxmayaraq, bu ölkə dünyada ən böyük tiryək istehsalçısı və ixracatçısı kimi qalmaqdadır. Amerikalı qanunvericilərdən heç kəsin Moskva konfransına gəlməməsinin səbəbi bu deyilmi?”.
    Bu baxımdan, narkoticarətə qarşı uğurla mübarizə aparan ölkələrin təcrübəsi xüsusilə əhəmiyyətlidir. Məsələn, İran ilə sərhəddə çox sərt nəzarət sayəsində Azərbaycana güclü təsirə malik narkotik vasitələrin gətirilməsi əhəmiyyətli dərəcədə azalıb. Bu gün Azərbaycanda tərkibində psixotrop maddələr olan preparatlar satışı üçün xüsusi icazə verilmiş apteklərin sayı 10 faizdən azdır. 2016-cı ildə respublikanın hüquq-mühafizə işçiləri min tondan artıq narkotiki qanunsuz dövriyyədən çıxarıb, narkotrafiklə məşğul olan 70 cinayətkar qrupu zərəsizləşdirib, 2573 nəfəri cinayət məsuliyyətinə cəlb edib.
    Lakin Azərbaycan cəmiyyəti narkomaniyaya qarşı mübarizədə təkcə cəza tədbirlərindən istifadə etmir. Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov “Parlamentarilər narkotiklərə qarşı” konfransında respublika qanunvericiliyində narkotik asılılığından əziyyət çəkən hər kəsin dövlət hesabına müalicə olunmasına şans verən dəyişikliklər barədə danışıb: narkotikləri varlanmaq üçün deyil, şəxsi istehlak üçün almış insan cinayət məsuliyyətinə cəlb edilə bilməz və o, pulsuz müalicəyə göndərilir. Azərbaycan parlamentinin nümayəndəsi vurğulayıb: “Narkomaniya ilk növbədə ciddi sosial problemdir”. 
    Narkotiklərə dair bütün beynəlxalq müqavilələrə qoşulmuş Azərbaycan həm də bu sahədə praktiki əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Noyabr ayında Azərbaycan daxili işlər orqanları respublikanın şimal sərhədi regionunda “Sərhəd” adlı əməliyyat keçiriblər. Bu əməliyyat çərçivəsində həyata keçirilən tədbirlər rusiyalı həmkarlarla birgə əlaqələndirilib. Cəmi bir həftə ərzində iki ölkənin sərhədyanı rayonlarının ərazisində müxtəlif cinayətlər, o cümlədən silahların və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməllər törətməkdə ittiham olunan 15 nəfər həbs edilib.
    Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev əmindir: “Narkotiklər alverinə qarşı mübarizə beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalıdır. Bu halda bir dövlət ümumi problemin həllində digər dövləti dəstəkləyir. Azərbaycan Milli Məclisindən olan həmkarlarımız narkotiklərə qarşı mübarizə sahəsində milli qanunvericilərin unifikasiyası üzrə birgə iş aparmağa, narkomaniyanın yayılmasına, narkotiklər qaçaqmalçılığına, onun yayılması üçün sosial şəbəkələrdən istifadə edilməsinə və narkotik maddələrin internetdə təbliğinə qarşı mübarizədə səyləri birləşdirməyə hazırdırlar. Moskvada keçirilən beynəlxalq konfrans və onun işinin yekunlarına əsasən qəbul edilmiş bəyannamə bu qlobal bəlaya – bəşəriyyətin narkotikləşməsinə qarşı mübarizədə bütün dünya birliyinin qüvvələrini birləşdirmək yolunda mühüm addımdır”.
    AZƏRTAC.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ