• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixdə bu gün – 17 dekabr

    Tarixdə bu gün – 17 dekabr



    Tarixdə bu gün – 17 dekabr
     
     
    2013-cü il. Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub. Mərasimdə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər. “Şahdəniz-2” layihəsi Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına imkan yaradır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq Şahdəniz qazı Gürcüstan və Türkiyə ilə yanaşı, Yunanıstan, Bolqarıstan, İtaliya və digər Avropa ölkələrinə çatdırılacaq.


    1905-ci il. Xalq Şairi Osman Sarıvəllinin doğum günü (1905-1990). Azərbaycan poeziyasının inkişafında misilsiz xidmətləri olan O.Sarıvəlli folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük şair Səməd Vurğunun külliyyatının hazırlanıb çap edilməsində özünəməxsus xidmətlər göstərib. Onun qoşmaları bu gün də aşıqları tərəfindən ifa olunur və maraqla qarşılanır.


    1993-cü il. Xalq Yazıçısı, akademik, ictimai xadim Mirzə İbrahimov vəfat edib (1911-1993). “Gələcək gün”, “Böyük dayaq” romanlarının, “Həyat”, “Kəndçi qızı” və digər pyeslərin müəllifi olan yazıçı Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Ali Sovetin Rəyasət Heyətinin sədri olub. SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinə, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.


    1903-cü il. Tarixdə ilk təyyarə havaya qalxıb. Rayt qardaşlarının hazırladığı bu model havada 56 saniyə qala bilib və 260 metr uçub.


    1770-ci il. Böyük alman bəstəkar Lüdviq van Bethovenin doğum günü (1770-1827). Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu olub. Almaniyanın Bonn şəhərində doğulan Lüdviq sonralar Vyanaya köçüb. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu, onun möhtəşəm klassik əsərlər yaratmasına mane olmayıb yayındıra bilməyib. Bethovenin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxildir.






     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ